Keçid linkləri

2025, 17 Dekabr, çərşənbə, Bakı vaxtı 07:41
Buça, Ukrayna
Buça, Ukrayna

İşğalın 39-cu günü. Buçada faciə...

Rusiyanın Ukraynaya hücumunun 36-cı günü haqda burada oxu

Lvova qayıdanlar gedənlərdən çoxdur

Son 24 saat ərzində Lvov vilayətinə ölkəni tərk edənlərdən daha çox ukraynalı qayıdıb (14 min nəfər tərk edib, 19 min nəfər geri qayıdıb). Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

BMT-nin məlumatına görə, müharibə başlayandan bəri Ukraynanı 4 milyondan çox adam məcburi tərk edib. Onların yarısı uşaqlardır. Qaçqınların çoxu qonşu Polşa tərəfindən qəbul edilib.

Amerika Birləşmiş Ştatları (ABŞ) Sovet istehsalı olan tankların Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya ötürülməsində vasitəçi olacaq. Ətraflı

Rusiya ordusunun çıxarıldığı ərazilərdə xeyli sayda mülki insan təlafatı var

Kiyev vilayəti tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. Ukrayna hərbçilərinin və KİV-in məlumatlarına görə, Rusiya qoşunlarının tərk etdiyi ərazilərdə xeyli mülki insan təlafatı var. Bundan başqa bir çox mülki infrastruktur obyektləri minalanıb.

-Ukrayna tərəfi bildirir ki, sülh razılaşması barədə layihələr Ukrayna və Rusiya prezidentlərinin müzakirəsinə hazırdır.

-Çernobıl Atom Elektrik Stansiyasının üzərində yenidən Ukrayna bayrağı dalğalanır.

-Dnepropetrovsk və Poltava vilayətləri raket hücumlarına məruz qalıb, Xarkov artilleriyadan atəşə tutulub, Donetsk, Luqansk və Xerson vilayətlərinin atəşə tutulması dayanmayıb.

-Prezident Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç deyib ki, qarşıda Ukraynanın cənubu və şərqi, Mariupol uğrunda ağır döyüşlər durur.

-Rusiyada müharibə əleyhinə keçirilən aksiyalarda yüzlərlə etirazçının saxlandığı bildirilir.

-Litva aprelin əvvəlindən Rusiyadan qaz idxalını tamamilə dayandırıb.

Davamı

XS
SM
MD
LG