Keçid linkləri

2025, 17 Dekabr, çərşənbə, Bakı vaxtı 09:56
Buça, Ukrayna
Buça, Ukrayna

İşğalın 39-cu günü. Buçada faciə...

Rusiyanın Ukraynaya hücumunun 36-cı günü haqda burada oxu

Litvadan olan sənədli filmlər rejissoru Mantas Kvedaraviçyus Mariupolda həlak olub

Mantas Kvedaravicius
Mantas Kvedaravicius

Hələ də küçə döyüşlərinin davam etdiyi bir şəhərdə o, döyüşün nəticələrini sənədləşdirdi. Rejissorun son filmlərindən biri olan "Mariupolis" elə hazırda qızğın döyüşlərin getdiyi şəhər haqqında idi və demək olar ki, heç bir siyasətin olmadığı cəbhə həyatından bəhs edirdi. Litvalı rejissor həm də məxfi şəkildə çəkilən Kadırovun Çeçenistanı haqqında “Barzax” sənədli filminin müəllifidir.

.

Böyük Britaniyalı nazir dəhşətə gəldiyini yazır

Buçanın küçələrindən birində, 2 aprel 2022
Buçanın küçələrindən birində, 2 aprel 2022

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss Buçada və Ukraynanın digər şəhərlərində başverən vəhşiliklərdən dəhşətə gəldiyini bildirir. O, bu barədə Tvitter hesabında yazıb:

"Rusiya qüvvələrinin günahsız mülki insanları hədəf alması ilə bağlı xəbərlər iyrəncdir".

Nazir yazır ki, "Böyük Britaniya sübut toplamaq və müharibə cinayətlərinin Beynəlxalq Cinayət Məhkəməsində təhqiqatını dəstəkləmək üçün başqaları ilə işləyir. Günahkarlar məsuliyyətə cəlb olunacaqlar"

“Rusiyanın Krım və Donbassla bağlı mövqeyi dəyişməzdir”

Bunu teleqram kanalında Ukrayna -Rusiya danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski yazıb.

Onun yazdığına görə, “Ukrayna tərəfi Ukraynanın neytral və qeyri-nüvə statusu ilə bağlı məsələlərə münasibətdə daha realist olub, lakin müqavilə layihəsi sammit görüşünə təqdim olunmağa hazır deyil”- Medinski yazıb.

O, müqavilənin mətni üzərində işin bazar ertəsi davam etdiriləcəyini bildirib.

Ukraynadan beynəlxalq qurumlara çağırış

D. Kuleba, Polşa, 30 mart 2022
D. Kuleba, Polşa, 30 mart 2022

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsi və beynəlxalq təşkilatların nümayəndələrini işğaldan azad olunmuş ərazilərdə törədilən müharibə cinayətlərinə dair sübutları toplamaq üçün tez bir zamanda Ukraynaya çağırır.

Nazir hesab edir ki, missiya tez bir zamanda Buça və Kiyev vilayətinin digər şəhər və qəsəbələrində Rusiya hərbçilərinin insanlığa qarşı törətdiyi cinayətləri qeydə almalıdır.

Məlumata görə, nazirlik artıq Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.​

Rusiyanın Müdafiə Nazirliyi hələki rəsmi olaraq mülki əhalinin qətlə yetirilməsilə bağlı ittihamlara münasibət bildirməyib.

Rusiya müdafiə departamentinin teleqram kanalı Buça küçələrində ölənlərin şəkillərinin “səhnələşdirildiyini” iddia edən “War on Fake” kanalından qısa epizodlar yayıb. Videoda göstərilən ölənlərdən birinin əlini hərəkət etdirdiyi iddia edilir. Amma əslində isə elə deyil.

Davamı

XS
SM
MD
LG