Keçid linkləri

2025, 15 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:52
Mariupol
Mariupol

İşğalın 35-ci günü. Bakıda Ukrayna mitinqinə razılıq verilmədi

Rusiyanın Ukraynaya hücumunun 34-cü günü haqda burada oxu

Rusiya ilə Ukrayna ilkin razılığa gəldilər

Rusiya Kiyev və Çerniqov istiqamətində hücumu minimum səngidir. Ukrayna isə neytrallıq təklif edir.

Rusiya ilə Ukrayna ilkin razılığa gəldilər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Çerniqovun ötən gecə atəşə tutulduğu bildirilir

Ukraynanın şimalındakı Çerniqov regionunun qubernatoru bu gün – martın 30-da bildirib ki, Moskvanın hərbi aktivliyi azaltmaq vədinə baxmayaraq, Rusiya hücumlarına ara verməyib.

"Bu vədə inanırsınız? Əlbəttə, yox", – qubernator Vyaçeslav Çaus Telegram-da yazıb.

Prezident Vladimir Zelenski isə ukraynalıların "sadəlövh" olmadığını deyir. Ətraflı

Bakı rəhbərliyi Ukraynaya dəstək aksiyasını məqsədəuyğun saymadı

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın Ukraynaya dəstək məqsədi ilə keçirmək istədiyi mitinqə müsbət cavab verməyib. Ətraflı

4 milyon ukraynalı qaçqına çevrilib

BMT Rusiyanın işğalı nəticəsində 4 milyondan çox ukraynalının ölkədən qaçdığını bildirir. Qurumun qaçqınlar üzrə agentliyi – UNCHR martın 29-da günortayadək qaçqın sayının 4.02 milyona çatdığını, onların yarıdan çoxunun Polşaya getdiyini açıqlayıb. Ətraflı

Davamı

XS
SM
MD
LG