Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 10:10

Bakı rəhbərliyi Ukraynaya dəstək aksiyasını məqsədəuyğun saymadı


Ukraynaya dəstək aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Ukraynaya dəstək aksiyası keçirilib. 28 fevral 2022

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın Ukraynaya dəstək məqsədi ilə keçirmək istədiyi mitinqə müsbət cavab verməyib.

Təşkilatçılara bununla bağlı bu gün, martın 30-da cavab gəlib.

"Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə müvafiq qaydada əhəmiyyətli humanitar xarakterli addimlar atılıb və atılmaqda davam edir", - cavabda yazılıb.

Bakı Şəhər İcra Hakimiyyəti habelə koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində karantin rejiminin davam etdiyini xatırladaraq aprelin 2-nə planlaşdırılan aksiyanı məqsədəuyğun saymayıb.

Təşkilatçılar isə bildirmişdilər ki, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılacağı təqdirdə keçiriləcək.

Amma bundan əvvəl, fevralın 27-də Bakıda ictimai fəalların Ukrayna səfirliyi önündə eyni məqsədlə rəsmi razılaşdırma olmadan keçirdiyi aksiyaya hər hansı müdaxilə olmamışdı.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.

XS
SM
MD
LG