Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 06:01

Təyyarə pilotların səhvindən qəzaya uğrayıb


Foto: arxiv

Tu-154 təyyarəsi pilotların səhvi ucbatından qəzaya uğrayıb. Bunu “Kommersant” qəzeti yazıb.

Ötən ilin dekabrında Qara dəniz üzərindən uçarkən pilotların səhvi ucbatından təyyarənin qəzaya uğradığını deyən qəzetin mənbələri dəqiq səbəbləri göstərməyiblər. Ancaq onlar təyyarənin texniki cəhətdən nasaz olması ilə bağlı iddiaları tamamilə rədd ediblər.

Hələ ki, bu məlumat rəsmilər tərəfindən təsdiqlənməyib.

Buna da bax: Təyyarə qəzasına uğrayanları 3 min xilasedici axtarır -Yenilənir

Qəza ilə bağlı araşdırma aparan komissiyanın ilkin gəldiyi nəticəyə görə, təyyarə suya toxunana qədər işləyib. Hazırda ekspertlər pilotlaırn Tu-154-ün uçuşu zamanı hərəkətini öyrənməyə çalışırlar.

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə ötən il dekabrın 25-də Qara dəniz üzərində qəzaya uğrayıb. Təyyarə Soçidən Suriyaya uçurdu. Həlak olan 92 sərnişin və şəxsi heyət arasında artistlər, hərbçilər, jurnalistlər də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG