Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 11:29

Təyyarə qəzasına uğrayanları 3 min xilasedici axtarır -Yenilənir


Rusiyanın TU-154 təyyarəsi

Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən daha dördünün cəsədi tapılıb. Nazirliyin məlumatına görə, təyyarədə 93 adam olub.

Bununla da cəsədi tapılanların sayı ona çatıb.

Qəzaya uğrayanları 3000 xilasedici axtarır.

Hadisə ilə bağlı dekabrın 26-da Rusiyada matəm elan edilib.

***

Aleksandrov adına Akademik Mahnı və Rəqs Ansamblının qarşısı
Aleksandrov adına Akademik Mahnı və Rəqs Ansamblının qarşısı

Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi tapılıb.

Cəsəd sahildən 5 km uzaqlıqda tapılıb.

İtkin düşənlərin axtarışı davam edir.

Həlak olanlardan birini cəsədi aparılır, Qara dəniz 25 dekabr 2016
Həlak olanlardan birini cəsədi aparılır, Qara dəniz 25 dekabr 2016

***

Dekabrın 25-də yerli vaxtla saat 05.40 radələrində Soçinin Adler aerodromundan qalxan Rusiya Müdafiə Nazirliyinin Tupelov “Tu-154” tipli təyyarəsi radardan itib.

Adler, Soçi, Qara dəniz, xəritə
Adler, Soçi, Qara dəniz, xəritə

Təyyarə Qara dənizə düşüb. Təyyarədə 8 heyət üzvü və 84 sərnişin olub.

Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Nazirlik təyyarənin göyərtəsində olan bütün sərnişin və heyət üzvlərinin adlarını adlarını açıqlayıb.

Rusiyanın 1-ci kanalıNTV təyyarədə olan əməkdaşlarının foto və adlarını açıqlayıb. Qəzaya uğrayan hərbi təyyarədə iki televiziyadan ümumilikdə 9 jurnalist və operator olub.

Təyyarə qəzasında həlak olan Rusiya 1-ci kanalının jurnalistləri
Təyyarə qəzasında həlak olan Rusiya 1-ci kanalının jurnalistləri

Soçi yaxınlığında dənizə düşən təyyarənin içərisində "Aleksandrov" hərbi ansamblın 64 solisti olub.

Aleksandrova ansanblı
Aleksandrova ansanblı

Təyyarənin qalıqlarına dənizin 50 metr dərinliyində rast gəlinib.

Təyyarədə hərbçilər, hərbi xorun musiqiçiləri və jurnalistlər olub.

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni illə bağlı konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış.

XS
SM
MD
LG