Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Rusiya televiziyası Gürcüstana qarşı dezinformasiya müharibəsində


Tbilisi mitinqlərindəki plakatlardan biri
Tbilisi mitinqlərindəki plakatlardan biri

AzadlıqRadiosunun verdiyi xəbərə görə Rusiyanın Rossiya 1 telekanalının aparıcıları Olga Skabeyeva və Yevgeny Popov canlı efirdə guya Gürcüstan hökumıtinin rusları öldürməyə çağırdığını deyiblər.

Popov soyadını bilmədiyi gürcü millət vəkili Akakinin guya tribunadan belə bir çağırış etdiyini deyib.

Popovun sözlərinə görə gürcü millət vəkili deyib: “Mən rusları öldürmüşəm, öldürürəm və öldürəcəyəm”.

“60 dəqiqə” adlı proqramda guya gürcü millət vəkilinə aid bu sözləri Skabeyeva da bir-neçə dəfə təkrar edib.

Aparıcılar yanlış olaraq bildiriblər ki, Akaki Gürcüstan hökumətini təmsil edir. Onlar bunun ardınca belə bir nəticə çıxarıblar ki, rusiyalı turistlər Gürcüstana getməməlidirlər.

Yevgeny Popov ayrıca olaraq deyib ki, Gürücstana qarşı repressiv addımlar atılmalıdır.

Aparıcıların bu sözləri studiyada alqışlarla qarşılanıb.

AzadlıqRadiosu yazır ki, böyük bir ehtimalla burada söhbət Gürcüstan parlamentinin müxalifətçi deputatı Akaki Bobokhidze-dən gedir.

Onun adına yazılan “rusları öldürmək” ifadəsini müstəsna olaraq kremlyönlü media səsləndirib.

Bunlar Zvezda telekanalı və “Putinin aşpazı” ləqəbini qazanmış Yevgeny Prigozhin-ə aid olduğu deyilən FAN xəbər agentliyi yayıb.

Əslində isə gürcü deputat 1992-ci ilin Abxaziya müharibəsindən və Gürcüstana Rusiya qoşunlarının yeridilməsi ehtimalından danışırmış. Onun sözləri kontekstdən çıxarılıb və qızışdırıcı ruhda təqdim olunub.

Bundan başqa Popov deyib ki, Tbilisidə baş verən hadisələrdə ABŞ Dövlət Departamentinin “barmağı” görünür və Amerikanın məqsədi Gürcüstan və Rusiya arasında düzəlməkdə olan münasibətləri pozmaqdır.

Popov dediklərinin sübutu kimi guya Joe Biden mərkəzi direktorunun bəyanatını sitat gətirib.

Rusiyalı aparıcının sözlərinə görə mərkəzin rəhbəri Michael Carpenter hadisələrdən az əvvəl Gürcüstanda olub.

Guya Carpenter deyib ki, Gürcüstan ölkəyə bu qədər rusiyalı turist buraxmamalıdır və Rusiya Gürcüstanın 20 faizini yox, bütün ərazisini işğal edib.

Michael Carpenter doğrudan da etirazlardan az əvvəl Gürcüstanda olub və beynəlxalq konfransda iştirak edib.

Carpenter-in bundan sonra yazdığı tvitdə “turist” sözü dırnaq arasında idi və onların arasında FTX agentlərinin olduğu barədə ehtimal irəli sürülürdü.

Beləliklə Carpenter rusiyalı turistlər barədə heç nə deməyib. O sözlərinin Rusiya KİV-ləri tərfindən təhrif edilməsini “klassik sovet təbliğatı” adlandırıb.

Bundan başqa Popov və Skabeyeva veriliş boyunca bir neçə əsassız fikir yürüdüblər.

Məsələn onlar deyiblər ki, “gürcülərin əksəriyyəti 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş mügaharibənin səbəbkarı kimi keçmiş prezident Saakashvili-ni görür”.

Aparıcılar habelə deyiblər ki, “rusları öldürmək” çağırışını guya Gürcüstan prezidenti Salome Zurabishvili də dəstəkləyib. Halbuki Zurabishvili bu barədə heç bir bəyanat verməyib.

Skabeyeva bunu da iddia edib ki, guya gürcü futbolçular da nasistlərlə həmrəylik nümaiyiş etdiriblər.

Aparıcının sözlərinə görə Torpeda Kutaisi komandası oyunçularının maykalarında yazılmışdı: “Mən Gürcüstandanam və Rusiya mənim ölkəni işğal edib”.

Əslində isə futboçuların maykalarında heç bir yazı yox idi.

Nəhayət elə həmin proqramda iddia olunurdu ki, Gürcüstan restoranlarında rusca danışanların hesabına 20 faiz əlavə edilir. Aparıcılar söhbətin hansı restoranlardan getdiyini bildirməyiblər.

Batumi restoranlarından biri
Batumi restoranlarından biri

Efirin sonunda studiyanın qonaqlarından biri – Sergey Markov deyib ki, “Rusiya özünü Qafqazda nə qədər sərt aparsa, onu orada daha çox sevəcəklər”, çünki qafqazlılar yalnız zoru sevir və başa düşürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG