Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:05

Gürcüstan hakimiyyəti rusiyalı turistlərə heç bir təhlükə olmadığını deyir


Salome Zurabishvili-Gürcüstan prezidenti, 21 iyun, 2019, Tbilisi.
Salome Zurabishvili-Gürcüstan prezidenti, 21 iyun, 2019, Tbilisi.

Gürcüstan hakimiyyəti ölkəyə gələn rusiyalı turistlərə heç bir təhlükə olmadığını bəyan edib.

“Gürcüstana gələn qonaqlar, xarici yurnalistlər və Rusiya da daxil olmaqla xarici turistlər üçün heç bir təhlükə yoxdur”, Gürcüstan daxili işlər nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, bu günlərdə Gürcüstanda Rusiyaya , o cümlədən yerli hökumətə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Prezident Salome Zurabishivili də “Euronews” televiziyasına müsahibəsində deyib ki, Moskva ilə yaranmış gərginliyin turistlərə heç bir təsiri olmamalıdır və rusiyalı turistlər ölkəyə gəlməkdə davam etməlidirlər, çünki onlar Gürcüstanı sevirlər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fərman verərək iyulun 8-dən Gürcüstana təyyarə reyslərini dayandırıb.

Buna da bax:Rusiya Gürcüstana uşuşların bərpasının şərtini açıqladı

Rusiyanın xarici işlər nazirliyi bunun, ölkə vətəndaşlarının təhlükəsizliyi üzündən edildiyini deyir.

Gürcüstanda kütləvi etirazlar iyunun20-də başlanmışdı.

Buna səbəb, rusiyalı deputat Sergei Gavrilovun parlamentlərarası assambleyanın Tbilisidə keçirilən iclasında spikerin kreslosunda oturması oldu.

Onun bu hərəkəti Gürcüstan cəmiyyətini qəzəbləndirdi.

Qeyd edək ki, Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı.

Bundan sonra tərəflər arasındakı münasibətlər kəskin pizləşdi.

İyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı polislə baş verən qarşıdurmada 200-dən çox adam xəsarət alıb.

Aksiyalar şənbə və bazar günləri də davm etdi, amma dinc şəraitdə.

İndi aksiyaçılar daxili işlər naziri Georgi Gakhariyanın istefasını, həmçinin seçki sistemində islahatlar aparılmasını tələb edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG