Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Qardaş olub Rusiya-Taliban...


►Rusiya və Taliban İŞİD-ə qarşı mübarizə ilə bağlı məlumat mübadiləsi aparır

Əfqanıstanda İŞİD döyüşçülərinin sayı artdıqca Rusiya prezidenti Vladimir Putin məlumat mübadiləsi üçün köhnə düşməni Talibana üz tutur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, Moskva və Əfqanıstan Talibanı arasında əlaqə yalnız İŞİD-lə mübarizə ilə bağlı məlumat mübadiləsindən ibarətdir.

Bəs Putin niyə Talibanla əməkdaşlıq etməklə özünü riskli vəziyyətə salır? Burada söhbət “düşmənimin düşməni mənim dostumdur” prinsipindən gedir.

Keçən ay bir ABŞ hərbçisi Konqresə demişdi ki, İŞİD son aylar Əfqanıstanda güc yığmaqdadır və onun bu ölkədə 3000-ə qədər döyüşçüsü var.

Putin uzun müddətdir ki, Şimali Qafqazdan və keçmiş sovet respublikalarından minlərlə cihadçının İŞİD-in tərkibində vuruşmaq üçün Suriyaya yollanmasından narahatdır.

Talibanla işləmək Putini müəyyən risklər qarşısında qoyur. Putin bu vaxta qədər cəsarətlə Suriya, Ukrayna və Şimali Koreyada aqressiv gedişlər edib.

Analitiklər deyirlər ki, bütün bunlar Putinin mühüm və güclü olduğunu nümayiş etdirmək istəyindən irəli gəlir.

Taliban döyüşçüsü (soldan ikinci) Talibanın Kunduz şəhərinin ələ keçirməsindən sonra. 29 sentyabr 2015
Taliban döyüşçüsü (soldan ikinci) Talibanın Kunduz şəhərinin ələ keçirməsindən sonra. 29 sentyabr 2015

Woodrow Wilson Mərkəzindən Matthew Rojansky deyir: “O, 1970-ci illərə qayıtmaq istəyir. O zaman Sovet İttifaqı və Birləşmiş Ştatlar geosiyasi lider və Soyuq Müharibədə rəqib kimi bərabər idilər.

Mərkəzi Kəşfiyyat İdarəsinin terrora qarşı mübarizə üzrə keçmiş rəsmisi Philip Mudd isə Putinin bu hərəkətini “ kifayət qədər ciddi güc gedişi” hesab edir. O nəzərə çatdırıb ki, Putin regiondakı keçmiş sovet respublikaları ilə münasibətlərini genişləndirməyə çalışır.

Buna da bax: Günel Mövlud. Ər çörəyi

Onun sözlərinə görə Putin Talibandan lazım olan məlumatı aldıqdan sonra onu Mərkəzi Asiya respublikalarına ötürəcək. “Bu, Mərkəzi Asiya respublikaları ilə münasibətləri bərpa etmək və ABŞ-la rəqabət aparmaqla yanaşı həm də Əfqanıstanda İŞİD-lə mübarizə aparmaq üçündür,” deyə o əlavə edib.

İŞİD-in Əfqanıstanda peyda olması təkcə Rusiya yox, həm də ABŞ üçün ciddi narahatçılıq mənbəyidir. Ölkədəki müharibə və itaətsizliyin əhəmiyyətli hissəsi Talibanın iştirakı ilə baş verib. Osama bin Ladenin başçılıq etdiyi Al Qaeda Əfqanıstanı öz evi sayırdı, terror hücumları isə hələ də ciddi təhlükədir.

ABŞ Dövlət Departamentinin bir rəsmisi CNN-ə deyib: “Rusiya və digər regional güclər də Əfqanıstanda davam edən təhlükəsizlik və artmış sabitlik şəraitinin qorunmasında maraqlıdırlar.

Başqa bir ABŞ rəsmisi isə CNN-ə müsahibəsində maraqlı bir məqama toxunub. O deyib ki, Vaşinqton Rusiyanın Talibanla əməkdaşlığını Əfqanıstanda əldə edilməkdə olan sabitlik üçün təhlükə saymır. O bildirib ki, sabitliyi poza bilən əsl amil Talibanla əlaqələrin bu qrupun beynəlxalq səviyyədə qəbul edilərək legitimləşməsi ola bilər.

Moskva Rusiyanın Əfqanıstanda döyüşçülərə silah ötürməsi barədə rus mətbuatında gedən xəbərlərə də münasibət bildirib.

Rusiya XİN-in sözçüsü Zaxarova deyib ki, kommersiya zəminində göndərilən hər hansı silah yalnız birbaşa Əfqanıstan hökumətinə göndərilə bilər və belə bir əməliyyatın Talibanla əlaqəsi ola bilməz. O, səbəb kimi Talibana qarşı mövcud sanksiyaları göstərib və bildirib ki, Rusiya “Talibana qarşı sanksiya rejiminə ciddi şəkildə əməl edir”.

Əfqanıstanın qadın komandiri
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

XS
SM
MD
LG