Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:13

'Qafqazda tətil edən sürücülərin silahı ola bilər'


Sürücülərin tətili
Sürücülərin tətili

Artıq ard-arda iki həftədən çoxdur ki, Moskva şosesindəki soyuducu qoşqunu soyutmurlar, əksinə, qızdırırlar. Bura uzaq məsafələrə işləyən yük maşını sürücülərinin Peterburqdakı etiraz qərargahıdır. Təəssübkeşlər bura ərzaq və yanacaq, tətil iştirakçıları isə məlumat göndərir. Regionlardakı KİV-lər tətilçilərin yanına, demək olar, gəlmirlər. CurrentTime.TV bu haqda yazır.

Etirazın rəhbəri Andrei Bazhutin yolda xoşagəlməz hallarla üzləşib. Səhər onun Krasnodar diyarından keçməsinə mane olublar. O, cənuba yola düşməzdən bir az əvvəl həbsxanadan çıxıb. Onu tətilin ilk günü beş sutkalığına həbs etmişdilər. Bazhutin Moskva, Dağıstan və Stavropolda olub. Rusiyanı gəzib ki, etiraz aksiyasına nə qədər yük maşını sürücüsünün qoşulduğunu öz gözləri ilə görsün.

DƏQİQ SAY BİLİNMİR

«Cənubda vəziyyət belədir: Dağıstanda maşınların 95%-i, Çeçenistanda 95%-i, İnquşetiyada – 80%-i, Osetiyada–90%-i, Qaraçay-Çərkəsdə –80%-i, Stavropolda –60%-i dayanıb», – Bazhutin deyir.

***Buna da bax-Rusiyaya yük daşıyan: 'Problem olduğu kimi qalır'

Ancaq sürücülər bütün ölkədə işi dayandırmış yük maşınlarının dəqiq sayını göstərə bilmirlər. Regionlardan gələn çoxsaylı zənglərlə işləməyə adam yoxdur. Üstəlik, sürücülərin sözlərinə görə, fərqli saat qurşaqlarında aksiyaya hər gün yeni iştirakçılar qoşulur. A.Bazhutin yollardan yük maşını kolonlarının yoxa çıxdığını təsdiqləyir.

«Tək-tük buğda daşıyan maşınlar gedir, onlar da mühafizə altında. Tək getməyə qorxurlar. Bütün daşımaları Rusiyanın mərkəzi hissəsinə ötürüblər...», – A.Bazhutin deyir.

Dağıstan müqavimətin ən uğurlu örnəklərindən biridir. Burada sürücüləri Rosqvardiya və OMON mühasirəyə almağa çalışıb, saxlananlar var. Ancaq 1500 sürücü öz mövqelərini təhvil verməyib. Qeyd edək ki, azərbaycanlı sürücülər də AzadlıqRadiosuna problemin həllini tapmadığını söyləyiblər.

Etirazın Peterburqdakı koordinatorları Qafqazdakı sürücülərin silahlı ola biləcəyini istisna etmirlər.

Moskvada sürücülərin etirazı.
Moskvada sürücülərin etirazı.

«BİZDƏN YAXŞI QORUNURLAR»

«Çətin ki, ağır silah olsun, ancaq yəqin ki, atıcı silahları var. Bir də ov silahları. Orada adamlar ova gedirlər, axı. Ən dəhşətlisi isə odur ki, onlar bizdən yaxşı qruplaşıblar. Onlar bir-biri ilə şəxsən tanışdırlar. Mərkəzi şəhərlərdə ...heç kəs bir-birini tanımaq istəmir», – sürücü Vadim Yatsuk deyir.

***Buna da bax-Deputat TIR-lar probleminin həll olunduğunu deyir, amma... [video]

Ancaq təkcə mərkəzi şəhərlərdəki sürücülər mətbuatla əlaqəni müəyyən qədər uğurla nizamlaya biliblər. Leninqrad vilayətində ixtisaslaşmış və müxalifət nəşrləri onların yanına gəlir. Regional dövlət nəşrlərindən nadir hallarda gəlirlər. Federal KİV-lərsə, demək olar, heç vaxt maraqlanmır. Tətilin davam etdiyi iki həftə ərzində hökumətlə danışıqlar masası arxasına oturmaq mümkün olmayıb.

«Nijni-Novqoroda danışmaq üçün hətta səlahiyyətli nümayəndə gəlib. Ancaq bütün bunlar danışıq və kağız-kuğuz səviyyəsində qalır. Heç kim heç nəyə inanmır. Biz Medvedev (baş nazir Dmitry Medvedev- red.) və Sokolov-la (nəqliyyat naziri Maksim Sokolov-red.) görüş istəyirik. Özü də bu, açıq görüş olmalıdır və onu KİV-lər işıqlandırmalıdır», – Peterburqdakı Rusiya Nəqliyyatçıları Birliyinin sədri Sergei Vladimirov deyir.

DƏSTƏK AKSİYALARI

Regionlarda isə artıq adi insanlar da yük maşını sürücülərinə dəstək aksiyaları keçirirlər. Ötən həftəsonu Peterburqda polis icazəsiz mitinqi dağıdıb, iki təqaüdçünü isə saxlayıb. Onlar özləri düzəltdikləri plakatlarını yığışdırmaqdan imtina ediblər.

«Roskomnadzor» fəallar və sürücülər arasında populyar «Zello» internet ratsiyasını bloklayıb.

«Roskomnadzor»un sözçüsü Vadim Ampelonsky deyir ki, qurum bu addımı FSB-dən (Federal Təhlükəsizlik Xidməti) daxil olan müraciət əsasında atıb.

«Zello» Android, iOS və «Windows Phone» əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlavədir. İnternet ratsiyası kimi istifadə olunan əlavədən dəfələrlə etirazların koordinasiyasında istifadə olunub. Şərqi Ukraynadakı münaqişənin tərəfləri də «Zello»dan çox yararlanıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG