Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Rusiyaya yük daşıyan: 'Problem olduğu kimi qalır'


Yük maşınları.

Azərbaycandan Rusiyaya gedən ağırtonnajlı yük maşınlarının problemi olduğu kimi qalır. «Maşınlarımızı yolda yenə daşlayırlar, mallarımız xarab olur. Heç bir dəyişiklik yoxdur». Bu ölkəyə yük daşıyan sürücülər AzadlıqRadiosuna belə deyirlər.

Bu yaxınlarda deputat Eldar İbrahimov bu məsələnin həll olunduğunu, Rusiyada Azərbaycan maşınlarına toxunulmayacağını bildirmişdi. «Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya tərəfi ilə görüşüb və məsələləri həll edib. Artıq həll olunub. Dünən görüşüblər, danışıblar, icazə də verilib. Amma yalnız Azərbaycan məhsulları gedəcək. Tutaq ki, Türkiyənin məhsulu gəlib Azərbaycandan keçməsin».

***Buna da bax-Deputat TIR-lar probleminin həll olunduğunu deyir, amma... [video]

Ancaq sürücülər deyirlər ki, bu məsələdə hər hansı irəliləyiş yoxdur. «Bizimkilər neyləyə bilər ki? Burda – Rusiyada iş görülməlidir. Maşın yola çıxan kimi daşlayırlar, əllərinə keçəni atırlar, şoferləri döyürlər», – adının çəkilməsini istəməyən sürücü söyləyir.

Onun sözlərinə görə, bəzi sürücülər özlərini riskə ataraq mal daşıyırlar. «Heç kim bilmir yolda başına nə gələcək. Sərhədi keçən maşınlar axşam saatlarına qədər gözləyirlər. Yalnız axşam saatlarında yol polisinin müşayiəti ilə kortej şəklində yola çıxırlar. Yolda heç polisə məhəl qoyan da olmur. Öz bildiklərini edirlər. Problem olduğu kimi qalır».

Aprelin 25-dən Rusiyada daşıma tarifləri 25 faiz artırılacaq. Rusiya sürücüləri buna etiraz olaraq tətilə başlayıblar. Onlar tətilə qoşulmayan başqa sürücülərin, o cümlədən, azərbaycanlı sürücülərin maşınlarına hücum edirlər. Azərbaycanlı sürücülərdən xəsarət alanlar, maşınlarına xəsarət yetirilənlərdən də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG