Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:35

Deputat TIR-lar probleminin həll olunduğunu deyir, amma... [video]


Dağıstanda TIR-lara hücum Bakıda qiymət artımına səbəb ola bilər
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Dağıstanda TIR-lara hücum Bakıda qiymət artımına səbəb ola bilər [A-Live]

Necə etmək olar ki, Azərbaycanın Rusiyadan ticarət asılılığı azalsın?

Məsələn, 15 günə yaxındır ki, kəndlinin Rusiya bazarlarına göndərdiyi meyvə-tərəvəz sərhəddə maşınlarda qalıb. Meyvə-tərəvəzi göndərməyə başqa bazarlar demək olar ki, yoxdur.

Və ya Azərbaycan özünün taxıla olan ehtiyacının demək olar ki, əksər hissəsini şimal qonşusundan alır.

Rusiya meyvə-tərəvəz aparan sahibkarlar deyirlər ki, Azərbaycan Rusiya sərhəddində hələ də 200-ə qədər maşın gözləyir, keçə bilmirlər.

Buna da bax:​ Dağıstanda ilişib qalmış azərbaycanlılar: 'Polis də bunlarla əlbirdir'

Aprelin 25-dən Rusiyada daşıma tarifləri 25 faiz artırılacaq. Rusiya sürücüləri buna etiraz olaraq tətilə başlayıblar. Onlar tətilə qoşulmayan başqa sürücülərin, o cümlədən, azərbaycanlı sürücülərin maşınlarına hücum edirlər. Bu videonu bizə sürücülərdən biri göndərib.

Adının çəkilməsini istəməyən sahibkar danışır ki, Şəmkirdən Rusiyaya vurduğu iki maşın göyərtini sərhəddən keçirə bilmədi, göyərti çürüdü. Sahibkar deyir ki, 60 min manatlıq malı batıb. İndi vəziyyət elədir ki, yük maşınları sahibi də qiymətləri qaldırıb.

Sahibkar bildirir ki, azərbaycanlı sahibkarlar heç bir halda bu aksiyalara qoşulmaq istəmir, hökumətdən kömək umurlar. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov isə deyir ki, azərbaycanlı sahibkarların problemləri həll olunacaq:

Buna da bax:​ Dağıstanda Azərbaycan maşınlarına hücum olub [video]

Eldar İbrahimov
Eldar İbrahimov

“Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya tərəfi ilə görüşüb və məsələləri həll edib. Artıq həll olunub. Dünən görüşüblər, danışıblar, icazə də verilib. Amma yalnız Azərbaycan məhsulları gedəcək. Tutaq ki, Türkiyənin məhsulu gəlib Azərbaycandan keçməsin”.

Di gəl ki, sahibkarlar deyirlər ki, TIR-lar polis nəzarətində olanda belə onlara hücum olur.

İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, ilk dəfə deyil ki, azərbaycanlı sahibkarlara belə maneələr yaradılır, onun sözlərinə görə, bir müddət əvvəl də məhsulların keyfiyyətinin aşağı olmasını əsas gətirib, Rusiya bazarlarına buraxmırdılar.

Buna da bax:​ Yük maşınlarının sürücülərı 'Platona' etiraz edirlər

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmov deyir ki, bu problemi kökündən həll etmək, bazarların sayını artırmaq lazımdır:

“Bu gün Azərbaycan Ümumdünya Ticarət Mərkəzinin üzvü deyil və bu proses getdikcə uzanır. Bizim üçün yaxşı imkan var. Biz Avropa bazarına çıxış əldə edə bilərik. Biz digər ölkələrə mal-məhsul çıxış əldə edib və daha çox gəlir əldə edə bilərik və dayanıqlı bazarımız olar. Düzdür, Rusiya bazarı bizim üçün həmişə əlverişli olub, Rusiyada bizim məhsulu artıq tanıyırlar, amma bu o demək deyil ki, bu, dayanıqlı ola bilər”.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzvlük barədə danışıqlar aparır. Bəzi tənqidçilər bildirir ki, əslində hakimiyyət bu quruma üzvlükdə bir elə maraqlı deyil. Çünki bu üzvlük ilk növbədə korrupsiya və inhisarın aradan qaldırılmasını tələb edir.

Buna da bax:​ Yüklə dolu maşınlar yenə niyə Rusiya sərhədində ilişib?

Vahid Məhərrəmov əlavə edir ki, Azərbaycana Rusiya sərhəddindən keçməklə həm də Ukraynadan, Belorusdan və başqa ölkələrdən məhsullar gəlir. Sərhəddəki vəziyyət davam edərsə, bu, kartofun, düyünün, bəzi şokolad məhsullarının bahalaşmasına səbəb ola bilər. Mütəxəssis deyir ki, Azərbaycanın Rusiyada əsas asılılığı dəmiryolları ilə gətirilən taxıldır-ölkə öz taxılını özü istehsal etməyin yollarını axtarmalıdır.

Buna da bax:

Dağıstanda hücuma məruz qalan yük maşınları
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG