Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:21

Dağıstanda ilişib qalmış azərbaycanlılar: 'Polis də bunlarla əlbirdir'


Dağıstanda "fura"ların tətili.
Dağıstanda "fura"ların tətili.

“Bilmirəm səfirlik hara baxır. Bu boyda ölkənin ordusu, OMON-u heç nə edə bilmir”.

Mehman Mehdiyev Kürdəmirdə yaşayır. İki oğul atasıdır. 34 ildir yollardadır və bu müddətdə çörəyi beynəlxalq yükdaşımalardan çıxıb. Ötən həftə Rusiyada “Platon sistemi”nə etiraz edən sürücülərin iritonnajlı yük maşınlarına hücumu zamanı Mehman Mehdiyev qəzaya uğrayıb (Rusiyada kütlə çəkisi 12 tonu aşan yük maşınları bəlli pul ödəməlidir. “Platon sistemi” deyərkən, “плата за тонны” – yəni “ton (miqdarına) görə ödəniş” nəzərdə tutulur. Bu sistem 2015-ci il noyabrın 15-dən tətbiq edilməliydi, ancaq geniş tətbiqi aprelin 25-dən başlanacaq. Ödəniş ağırtonnajlı avtomobillərin ümumi istifadədə olan federal yollara vurduğu ziyanı kompensasiya etmək məqsədi daşıyır – red.).

Buna da bax:​ Dağıstanda Azərbaycan maşınlarına hücum olub [video]

Mehman Mehdiyev: 'Maşına ciddi ziyan dəyib, ələ gələn deyil'
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

“Maşın ələgələn deyil”

O, xəstəxanaya yerləşdirilsə və artıq oradan çıxsa da, bədənində hələ də ağrılar hələ qalıb. Di gəl, başına 10 tikiş atılan və beyni silkələnən Mehman Mehdiyev indi canından çox, ona çörək qazandıran maşınının hayındadır:

“Bu gün məni polisə çağırıblar, maşınıma dəyən ziyana görə sığorta nəsə ödəməlidir. Maşına ciddi ziyan dəyib, ələ gələn deyil. Rus hökumətindən istədiyim odur ki, maşınımı qaytarıb versinlər. Ailəmi bu maşınla dolandırıram...”.

O, ardınca qəza günü başına gələnləri daha ətraflı danışır:

“Bir də ayıldım ki...”

“Rusiya tərəfə keçdik, malı gömrükdən keçirəndən sonra gördüm ki, vəziyyət yaxşı deyil. Yola çıxmaq istəmirdim. Ancaq bunların iki yol polisi öz avtomobilləri ilə bizi müşayiət edəsi oldu. Biz də 20-30 maşındıq. Mahaçqaladan çıxdıq, postu keçdik, təxminən 20 kilometr getmişdik ki, hava qaraldı. Bundan sonra yüngül minik maşınları kortejin arasına girməyə çalışdı - qabağımızda tormoz verib bizi aralayırdılar. Birdən qabaqdan gələn “Kamaz” maşınının kuzasından kimsə daş atdı. Tinli daş ön şüşədən keçib başıma dəydi. Bundan sonra maşının idarəetməsini itirdim. Maşın sola burulub aşdı, sonrasını bilmirəm. Bir də ayıldım ki, təcili yardımla xəstəxanaya aparırlar...”.

Buna da bax:​ Yük maşınlarının sürücülərı 'Platona' etiraz edirlər

“Polis də bunlara dəstək verir...”

Rusiyada “Platon sistemi”nə etiraz edənlərin hücumlarına məruz qalan azərbaycanlı sürücü Əzim Niftullayev və yoldaşları AzadlıqRadiosu-na deyirlər ki: “Maşınlarımıza daş atırlar, od atırlar, qoymurlar hərəkət etməyə”.

Əzim Niftullayev: 'Maşınlarımıza daş atırlar, od atırlar, qoymurlar hərəkət etməyə'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

– Bəs siz Rusiyada hüquq-mühafizə orqanlarından təhlükəsizliyinizi təmin etmək üçün kömək istəmisiniz?

– Burda postu yaradanlar da dayanır yolda, polis də. Polisə deyirsən ki, bizi qoymurlar getməyə, maşının şüşəsini sındırırlar, kömək edin. Soruşur: “Kim sındırıb? Sındıranı göstər”. Deyirsən ki, axı yanında durub, sən də görürsən, cavab verir ki, yox, sən özün göstər. Polis də bunlara dəstək verir, əlbirdilər.

– Bəs neyləmək fikriniz var?

– Vəziyyət artıq çətinləşib. Çörəyimiz yox, pulumuz yox. Nəyimiz var, xərcləmişik. Maşınlar da malla doludur. Mal xarab olmasın deyə, məcburuq soyuducunu işə salaq, ona da yanacaq lazımdır.

Buna da bax:​ Rusiyada yük maşını sürücüləri tətil edir

– Yaxın günlərdə vəziyyət dəyişməsə neyləyəcəksiniz? Azərbaycana qayıdacaqsınız?

– Maşınla hərəkət etmək mümkün deyil. Gərək maşını qoyub piyada qayıdaq. Başqa variant yoxdur.

Aprelin 3-də, təxminən 50-dək yük maşını, etirazçılar hücum çəksə də, hərbçilərin müşayiəti ilə yola çıxıb. “Stavropol vilayətindəyik. Bizi hərbçilər BTR-lərlə çıxardılar. Ancaq yolla gedəndə bizi etirazçılar hədələyirlər ki, darıxmayın, geri qayıdanda gününüzü görəcəksiniz. Yəqin OMON-çuların yollarda necə dayanmağını görmüsünüz. Onların başının üstündən bizə daş atırlar, butulka atırlar. Yol polisi qabaqda gedir, arxada da kortej. Harda camaat çoxdur, yol polisi maşını yavaşıdır, furalar da yavaşıyır, o zaman daş, yanar maddə atırlar. Mehmana da daş atmışdılar, huşunu itirib, maşın yoldan çıxıb, aşıb, arxasınca gələn maşın da ona dəyib aşmışdı, onu yandırmışdılar. Bu, müharibədir. İndi maşınları polis müşayiəti ilə aparmaq istəsələr də, sürücülər qorxurlar”, - Əzim Niftullayevin sözləridir. Onun fikrincə, əslində, “Platon sistemi”nin sürücülərə ziyanı yoxdur, qiymət qalxırsa, daşıdıqların yükün qiyməti də qalxacaq. “Bu gün min dollara gedirsən, sabah 1500 dollara gedəcəksən. Bunun ziyanı malvurana, fermerə dəyəcək. Nəsə, baş açmırıq...”.

Buna da bax:​ Azərbaycan-İran sərhədində uzun maşın növbəsi

“Rusiya hökuməti hər şeyi bilir”

Rusiyaya mal daşıyan, adının çəkilməsini istəməyən başqa sürücü deyir:

“Rusiya hökuməti vəziyyəti bilir, amma televiziyalar vermir. Bu, böyük fəlakətdir. Dünən məcbur qalıb bir kortej keçib, yenə bütün furaları daşlayıblar, təkərlər partlayıb. Birtəhər Çeçenistanda düzəltdiriblər. Ordan uzaqlaşsalar da, bu səfər də İnquşetiyada atəş açıblar. Rezin güllələr atıblar. Vəziyyət pisdir... Bilmirəm səfirlik hara baxır. Bu boyda ölkənin ordusu, OMON-u heç nə edə bilmir”.

Martın 30-da Rusiya Federasiyası Dağıstan Muxtar Respublikası ərazisində Azərbaycandan gedən 30-dan çox iritonnajlı yük maşını hücuma məruz qalıb.

Həmin şəxslərin daş və dəmir parçaları ilə maşınlara xəsarət yetirdikləri söylənir. Maşınlardan biri yandırılıb.

Xatırlatma

“Platon sistemi”nin tətbiqi yerli sürücülərin Rusiyada narazılığını doğurub.

Buna da bax: Astara gömrüyündə saxlanmış yük maşınları (Sürücünün göndərdiyi video)

Bu sistemin qaydalarına dəyişikliyə görə, aprelin 25-dən etibarən daşıma tarifləri 25 faiz artırılacaq. Rusiya sürücüləri etiraz olaraq tətilə başlayıblar.

Ən güclü etiraz dalğasının Dağıstanda olduğu, 40 min maşının işsiz dayandığı bildirilir.

Buna da bax:

Dağıstanda hücuma məruz qalan yük maşınları
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG