Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:25

Azərbaycan-İran sərhədində uzun maşın növbəsi


Azərbaycan İran sərhədində uzun maşın növbəsi. 23fev2017. Astara.

Bu gün, fevralın 23-ü Astara sərhəd-keçid məntəqəsinin yük terminalın önündə İrana keçmək istəyən onlarla yük maşını növbə gözləyir.

Onlar əsasən Rusiyaya məxsus yük maşınlarıdır. Elə sürücülər var ki, 2-3 gündür növbə gözlədiklərini bildirirlər.

Buna da bax:​ Astara və Biləsuvar gömrüyündə gördüklərimiz

Sürücülərin sözlərinə görə, onlar tərəvəz daşıyırlar. Burda gözləmələrin səbəbini bilmirlər. Sürücülərin biri deyir ki, növbəsiz gedən maşınlar çoxdur.

Astara yük terminalından verilən məlumata görə isə, problem İran tərəfindədir. Gün ərzində 100-dən çox Rusiyaya məxsus yük maşını gəlir.

Terminaldan onu da bildirdilər ki, problem yaxın saatlarda aradan qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG