Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:10

Rusiyada təhsil alan suriyalı qızlar təqvimdəki ifadələrdən xəbərsizdilər


Suriyalı qızların fotoları əks olunan kalendar, 2016

Rusiyada suriyalı qızların fotosu və sitatları olan təqvim hazırlanıb.

Təqvim “Set” kremlyönlü gənclər hərəkatı tərəfindən hazırlanıb və onun maliyyəsi üçün Prezindetn qrantı ayrılıb. Təqdim Suriyada döyüşən rus hərbçilərinə göndəriləcək.

“Suriyadan sevgilər”, “Mənim Palmiramın taleyi sənin əlindədir” kimi ifadələr təqvimdə suryalı qızların fotosu altında yazılıb.

Təqvimdə şəkli çıxan, Rusiyada yaşayan suriyalı tələbə Yana Hasan Facebook hesabında yazıb ki, onlara şəkil çəkilərkən altından ifadələr yazılacağı ilə bağlı xəbərdarlıq olunmayıb. O, Tjournal nəşrinə deyib ki, onlar şokdadırlar:

“Biz kalendarı internetdə bu axmaq ifadələrlə görəndə şok olduq”, Yana deyib.

Suriayalı tələbələr təqvimin Rusiya prezidenti Putinə və Suriyada döyüşən rus hərbçilərinə göndəriləcəyi ideyasından da xəbərsiz olduqlarını bildiriblər.

XS
SM
MD
LG