Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:20

Noyabrın 13-dən 19-dək Azərbaycan və Rusiyanın sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Tədbir iki ölkənin daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, baş tutub.

Bu haqda, bu gün, noyabrın 25-i Daxilil İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda vurğulanır ki, əməliyyatın keçirilməsinin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilən qərarların yerinə yetirilmə vəziyyətini öyrənmək olub.

“Əməliyyat zamanı transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin, narkotik vasitələrin və digər hüquqazidd əməllərin həyata keçirilməsinə qarşı komplekstədbirlər icra edilib”, məlumatda yazılır.

Əməliyyatlar Rusiyanın Dağıstan Respublikasının sərhədyanı bölgələrini əhatə edib. Azərbaycan tərəfdən isə Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarında aparılıb.

Nazirlik bildirir ki, tədbirlər nəticəsində müxtəlif cinayətlərdə şübhəli sayılaraq axtarışa verilən 35 şəxs tutulub. Onların 14-ü Rusiyada1-i isə Gürcüstanda axtarışa verilib.

Dövlətə borclu qismində axtarılandaha 66 nəfərin dəsaxlandığı bildirilir. İtkin düşmüş hesab edilən 2 nəfərin isətapılaraq ailələrinə təhvil verildiyi açıqlanıb:

“Əməliyyat-axtarış tədbirləri zamanı 8 avtomat silahı, 6 tapança, 87 yivli və yivsiz tüfəng aşkarlanıb. Habelə, 34 əl qumbarası, 30silah sandıqçaları, 23müxtəlif hərbi ləvazimat, 1 partlayıcı maddə, 1 qumbaraatan və 6120 müxtəlif çaplı patron götürülüb. Narkotiklərlə əlaqədar 4 fakt aşkar olunub”

DİN bildirir ki, çoxsaylı qanunsuz odlu silah gəzdirmə, oğurluq və digər cinayətlərin açılması təmin edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG