Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:04

Rusiya sülhməramlılarının əsl məramı nədir? (VIDEO)


Qarabağda rus sülhməramlıları: Gürcüstan və Moldova Rusiya hərbçiləri öz ərazilərindən çıxara bilmir
Gözlə

No media source currently available

0:00 0:12:31 0:00

Qarabağda rus sülhməramlıları: Gürcüstan və Moldova Rusiya hərbçiləri öz ərazilərindən çıxara bilmir

Rusiya Dağlıq Qarabağdan başqa digər münaqişə gedən ölkələrə də öz sülhməramlılarını göndərib.

Bəs, həmin ölkələrdə Rusiya sülhməramlıları ilə bağlı hansı təcrübə yaşanıb, münaqişənin nizamlanmasında hansı işlər görülüb?

Rusiya 2008-ci ildə öz sülhməramlılarını Gürcüstanın içərisindəki separatçı Abxaziya regionuna göndərib.

Gürcüstandan olan hərbi analitik, ehtiyatda olan general Amiran Salukvadze deyir ki, Rusiyanın sülhməramlıları ilə bağlı ən böyük problem onların sonradan ərazidən çıxarılması ilə bağlı yaşanır.

Onun sözlərinə görə Rusiya hər dəfə müxtəlif bəhanələrlə öz sülhməramlılarını bu bölgədən çıxarmaq işini uzadır.

Amiran Salukvazenin fikrincə, burada da əsas məqsəd həmin regionu nəzarətdə saxlamaq cəhdidir.

Rusiya sülhməramlıarının Rusiya pasportları paylamaq kimi təcrübəsi var

Amiran Salukvadze deyir ki, bütün bunlardan başqa Rusiya həm də həmin ərazilərdə qanunsuz addımlar atıb:

“Bunlardan biri əhalinin intensiv pasportlaşdırılması idi, Abxaziya və Cənubi Osetiya vətəndaşlarına qanunsuz olaraq Rusiya pasportları paylanılırdı. Bu da sonradan onların özlərini Rusiya vətəndaşı kimi təqdim etməsinə imkan yaradır. Bizm üçün xüsusilə təhlükəli olan ikinci məsələ yerli hərbiləşmiş təşkilatların silahlandırılması idi. Rusiya uzun illər boyu yerlərə silah daşıyır, yerli vətəndaşlar hərbi mütəxəssislər yetişdirirdilər. Bizim etirazlarımıza isə əhəmiyyət vermirlər. Üzdə bunun adını danışıq prosesi qoyurlar, guya bu işlər nizamlanma prosesinin davamıdır”.

Amiran Salukvadze hesab edir ki, Rusiya sülhməramlılarının, özəlliklə, keçmiş sovetlər birliyi ölkələrində yerləşdirilməsi doğru yanaşma deyil.

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Gələndən sonra getmək bilmirlər

Münaqişələr üzrə Moldovadan olan ekspert Ion Tabirta deyir ki, Rusiya sülhməramlıları ilə onun ölkəsinin də başı dərdədir.

Onun sözlərinə görə, 1990-cı ilin əvvələrində Moldova sovetlər biriliyindən çıxıb, öz müstəqilliyini elan etdiyi bir dövrdə yeni bir münaqişə başladı.

Beləki əsasən rusdilli əhalinin yaşadığı Dnestryanı bölgə 1990-cı ildə Moldovadan ayrılıb, öz müstəqilliyini elan edib.

İki tərəf arasında 1992-ci ildə qısa, lakin qanlı müharibə yaşandı. Həmin müharibə Rusiya qoşunlarının müdaxiləsi ilə dayandırıldı və Moldova hökuməti ilə separatçılar arasında atəşkəs sazişi imzalandı. 1992-ci ildən bəri Rusiya Moldova ərazisində 1400 nəfərlik əsgəri qüvvə saxlayır.

“Kişinyov artıq 25 ildir ki, bu əsgərlərin Moldova ərazisindən çıxarılmasına çalışır. Amma Rusiya bununla razılaşmır və deyir ki, Dnestr münaqişəsinin siyasi həlli tapılmayanadək ordu Moldovada qalacaq. Demək olar ki, sülhməramlı kontingentin əksəriyyəti Dnestrayanı sakinləridir. Çünki Dnestrayanı sakinləri asanlıqla Rusiya vətəndaşlığı ala bilərlər. Beləliklə də sabah hansısa narazılıq olsa və ya silahlı qarşıdurma yaransa, o zaman Moldova Rusiya sülhməramlıları adı altında Dnestrayanı sakinləri ilə döyüşəcəyik. Amma formal olaraq adları Rusiya sülhməramlıları olacaq. Bu Rusiyanın diplomatik kələyidir, bununla onlar Dnestrayanı mövqelərini möhkəmlətmək istəyirlər”.

Rusiya sülhməramlılarının münaqişə ərazisinə gəlməsi indi Azərbaycanda da geniş müzakirə mövzularından biridir. Beləki, Azərbaycan Ermənistan və Rusiya arasında noyabrın 9-da imzalanmış razılaşmadan sonra Rusiya öz sülhməramlılarını Qarabağa göndərib. Bəzi müstəqil ekspertlər bunu Azərbaycanın müstəqilliyinə təhdid hesab edirlər.

XS
SM
MD
LG