Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Təhlükəsizlik Şurası Rusiyanın Qəzzaya dair qətnamə layihəsini rədd etdi


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə eskalasiyanın pislənməsinə dair Rusiyanın təqdim etdiyi qətnaməni rədd edib.

Buna səbəb olaraq layihə mətnində Həmasın İsrailə hücumunun və bunun nəticəsində mindən çox israillinin həlak olmasının və 200-dən çox adamın girov götürülməsinin qeyd edilməməsi göstərilir.

Bu qətnamə layihəsinə BMT TŞ-nin 5 üzvü səs verib, amma sənədin qəbul olunması üçün minimum 9 səsə ehtiyac vardı.

Layihənin leyhinə Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik, əleyhinə isə ABŞ, Britaniya, Fransa və Yaponiya səs veriblər.

Albaniya, Braziliya, Qana, Malta, İsveçrə və Ekvador bitərəf mövqe tutublar.

Braziliyanın qətnamə layihəsi

Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vud deyib ki, “biz Həmasın terrorçu hücumlarını pisləməyən qətnaməni qəbul edə bilmərik”.

Rusiyanın təklif etdiyi qətnamə layihəsində tərəflərə atəşin dərhal dayandırılmasına, girovların azad olunmasına, Qəzza zolağına humanitar yardımın buraxılmasına, habelə mülki əhaliyə qarşı istənilən zorakılıq, hərbi əməliyyatların və bütün terror aktlarının pislənməsinə çağırış edilirdi.

Reuters yazır ki, Brazilyanın təqdim etdiyi qətnamə layihəsi daha geniş dəstək qazanıb və sənədin oktyabrın 17-də səsə qoyulacağı gözlənilir.

Qətnamənin bu variantında Həmasın bilavasitə adı çəkilir və hərəkətləri pislənir.

Moskvanın mövqeyi

ABŞ və Avropa İttifaqında “terrorçu təşkilat” kimi tanınan Həmas bu yaxınlarda bəyan etmişdi ki, “Rusiya prezidenti Vladimir Putinin mövqeyini yüksək qiymətləndirir və Rusiyanın təcavüzün dayandırılmasına yönəlmiş səylərini alqışlayır”.

Putin Qəzzanın blokadasını pisləmiş və regiona qarşı “hərbi və qeyri-hərbi” xarakterli tədbirləri “qeyri-məqbul” adlandırmış, amma “İsrailin hücuma məruz qaldığını və öz təhlükəsizliyinin təminatı hüququna malik olduğunu” qeyd etmişdi.

Ümumilikdə Rusiya rəsmiləri və kremlyönlü şərhçilər İsraili tənqid edir, amma Həmasa da dəstək ifadə etmirlər. Onlar adətən bu münaqişəyə görə ABŞ-ı ittiham edirlər.

Rusiya Həmasla rəsmi əlaqələr saxlayır. Bu radikal islamçı qruplaşmanın nümayəndə heyəti bu ilin martında Moskvada olub və Rusiya XİN-də qəbul edilib.

XS
SM
MD
LG