Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 08:58

"Rusiya xaricə neft satmağı tam dayandırsın!"


Karikatura

►"Bizdən dünyanın yanacaqdoldurma məntəqəsi çıxmadı"

Rusiya Dövlət Dumasının Oleq Paxolkov adlı deputatı təklif edib ki, xaricə neft satışı dayandırılsın.

Onun iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə müraciətində neftdən asılılıqdan imtina etməklə Rusiyanın daxili iqtisadiyyatının inkişaf strategiyasının işlənib hazırlanması təklif olunur.

Deputat bu prosesi beş il ərzində 20 faizlik mərhələlərlə, sonda xaricə neft satışının tam dayandırılmaqla həyata keçirməyi təklif edib.

Paxolkov Rusiyanın prinsipial olaraq yeni qaydada yaşamalı olduğunu deyib:

"Biz oturub neftin nə vaxtsa bahalaşacağını gözləyənə qədər iqtisadiyyat da, dövlət də çökür. Bizdən dünyanın yanacaqdoldurma məntəqəsi çıxmadı," deyə o, Ulyukayevə müraciətində yazır.

Deputat Paxolkov özünün səs-küylü təklifləri ilə tanınır. 2014-cü ildə Rusiya yığmasının Braziliyada keçirilən futbol üzrə dünya çempionatını məğlub tərk etməsindən sonra deputat komandanın o vaxtkı məşqçisi Fabio Capellonu qazandığı pulların "heç olmasa yarısını" geri qaytarmağa çağırmışdı.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

XS
SM
MD
LG