Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

«Valideynləri qızların xəstəliyini gizlədir»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Nazirlər Kabineti 2016-2020-ci illər üçün şəkərli diabetə qarşı Dövlət Proqramını təsdiqləyib.

Dünyada şəkərli diabet xəstələrinin sayı hər il 15-20 faiz artır.

Azərbaycanda ilbəil buxəstəliyə yoluxanların sayında 15 faizə qədər artım müşahidə olunur. 2015-ci ilin9 ayının nəticələrinə əsasən, ölkədə 204min 964 nəfər diabet xəstəsi qeydiyyatdadır.

Respublika Endikrinoloji Mərkəzinin direktor müavini Babək Salekin «Turan»a verdiyi məlumata görə, bu xəstələrin 1100 nəfəri 18 yaşadək olan uşaqlardır. Ancaq həkim hesab edir ki, bu rəqəm şəkərli diabetə tutulmuş uşaqların sayının real göstəricisi deyil: «Çünki bölgələrdə valideynlər qız uşaqlarının xəstəliyini ətrafdakılardan gizlətməyə çalışırlar».

Diabet xəstələrinin sayı son 10 ildə 3 dəfədən çox artıb. Ancaq bu xəstəlik səbəbindən ölüm səviyyəsi 2 dəfə enib.

Şəkərli xəstələr arasında I tip diabetə tutulanlar 28 min 921, II tip diabet üzrə isə 176 min 43 nəfərdir.

Bu proqrama əsasən, Səhiyyə Nazirliyi 2016-2020-ci illərdə endikrinoloji yardım göstərən tibb müəssisələrini avadanlıq və reaktivlərlə təmin etməlidir. Şəkərli diabetli şəxslərə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyət standartı yüksəldilməlidir. Proqrama görə, diabetli uşaq və gənclərin dəqiq uçotu da aparılmalıdır. Onlarabütün təhsil müəssisələrində tibb işçiləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsi də planlaşdırılır.

Xəbər verdiyimiz kimi, bu proqramdan əlavə, 2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə də Tədbirlər Proqramı təsdiq edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG