Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:23

Rusiya ABŞ qoşunlarının Avropaya gətirilməsindən narahatdır


ABŞ-ın 3-cü Zirehli Briqadası Polşaya daxil olur
ABŞ-ın 3-cü Zirehli Briqadası Polşaya daxil olur

Rusiya bildirib ki, onunla həmsərhəd Polşaya 3 min ABŞ əsgərinin gətirilməsini öz təhlükəsizliyinə hədə sayır.

Bu qoşunlar prezident Barack Obamanın əmrilə Rusiya təcavüzündən narahat olan NATO müttəfiqlərinin əmin edilməsi üçün gətirilib.

Bu son onilliklərdə ABŞ hərbi kontingentinin Avropadakı ən böyük konsentrasiyasıdır.

Prezident Putinin sözçüsü Dmitri Peskov BBC-yə deyib ki, ABŞ-ın hərəkəti “bizim maraqlarımıza və təhlükəsziliyimizə hədə yaradır”.

O deyib ki, “bizim sərhədimiz boyunca hərbi qüvvə cəmləşdirən üçüncü bir tərəfdir və bu ölkə heç Avropada da deyil”.

Rusiya xarici işlər nazirinin müavini Aleksey Meçkov ABŞ qoşunlarının Polşaya gətirilməsini “Avropada təhlükəsizlyi sabitsizləşdirən addım” adlandırıb.

Polşa müdafiə nazirinin müavini Tomasz Szatkowski deyib ki, qoşunların onun ölkəsinə gətirilməsi zəruri addımdır, çünki “Rusiya Polşanın sərhədləri yaxınlığında, yəni Ukraynada təcavüzkar hərəkətlərini və Krımın qanunsuz ilhaqını davam etdirir”.

Xəbər verilir ki, ABŞ-ın 80-dək döyüş tankı artıq Almaniyaya gətirilib və buradan dəmir və quru yolu ilə Avropanın şərqinə hərəkət etdirilir.

Tankların bir qrupu yanvarın 12-də Polşanın ərazisinə daxil olub.

Bu ümumi rotasiya planının çərçivəsində edilir. Rotasiyaya daxil olan digər ölkələr Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Macarıstandır.

ABŞ Zirehli Briqadası Baltik ölkələrində keçirilən manevrlərdə iştirak edəcək və bu, prezident Barack Obamanın Rusiyanın Ukraynaya müdaxiləsinə cavabıdır.

Obamanın məqsədi Rusiyanın artmaqda olan təcavüzkar hərəkətlərindən narahat NATO müttəfiqlərini alyansın dəstəyinə əmin etməkdir.

Ötən oktyabrda Rusiya Polşa və Litva arasında yerləşən Kalininqrad ərazisində nüvə qabiliyyətli İskander raketlərini və Bastion gəmivuran raketlərini yerləşdirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG