Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:08

Tərbiyəçi 'Müharibəni dayandırın' uşaq mahnısına görə cərimələnib


Rusiyada musiqi məktəbi
Rusiyada musiqi məktəbi

Ussuriysk məhkəməsi Qələbə Gününə həsr olunmuş uşaq tamaşasını Rusiya ordusunun nüfuzdan salınması kimi qiymətləndirib. Tamaşada "Əziz, mehriban böyüklər, müharibəni dayandırın!" mahnısı səslənib. Tamaşasının qoyulmasında iştirak etmiş RJD liseyinin tərbiyəçisi Dina Anişik 30 min rubl (618 manat) cərimə olunub. Bu barədə "Vörstka" yazır. Nəşr məhkəmə qərarını tapıb.

"Vörstka" qeyd ki, "Sehrli ölkə" festivalında uşaqlar həmin mahnını oxuyublar, rus, ingilis və Ukrayna dillərində "Müharibəyə yox!" yazılmış plakatlar qaldırıblar. Videonu görən polis əməkdaşları ordunun diskreditasiyası barədə protokol tərtib ediblər. Onların mövqeyincə, Anişik bu perfomansı təşkil etməklə "Rusiya Federasiyası Silahlı Qüvvələrinin diskreditasiyasına yönəlik ictimai hərəkətlər gerçəkləşdirib". Məhkəmənin qərarında deyilir ki, mahnıda və tamaşada "xüsusi hərbi əməliyyat"ı, yəni Ukraynadakı müharibəni dayandırmaq çağırışı yer alıb.

Anişik özünü təqsirli bilməyib, mahnının mətninin təşkilatçılarla razılaşdırıldığını bildirib.

"Vörstka" qeyd edir ki, "Müharibəni dayandırın" mahnısını Rusiya Yazıçılar Birliyinin üzvü Tatyana Vetrova yazıb. Bu mahnı hərbi toqquşmaların ildönümləri münasibətilə uşaq musiqi müsabiqələrində tez-tez ifa olunur. Onun nəqəratı belə səslənir:

Müharibə gedən yerdə uşaqlar oynamağa yer tapmır

Müharibə gedən yerdə dərməyə çiçək qalmır

Müharibə gedən yerdə bu suala cavab vermən tapılmır:

Niyə həmişə günahsız uşaqlar ölür?

Rusiyada ordunun nüfuzdan salınması maddəsi 2022-ci ilin fevralında Ukraynaya qarşı işğalçı müharibə başlanandan sonra Cinayət Məcəlləsinə əlavə olunub. Bu maddə ilə adətən müharibə əleyhdarları məsuliyyətə cəlb edilir, həm də təkcə müharibənin birbaşa qınadıqlarına görə deyil, həm də "Müharibəyə yox", "Dünyaya sülh" kimi şüarlara görə. Ordunun nüfuzdan salınması üzrə iki inzibati iş artıq cinayət təqibi ilə nəticələnib.

XS
SM
MD
LG