Keçid linkləri

2024, 24 İyul, çərşənbə, Bakı vaxtı 19:56

Rusiya koronavirusa görə dopinq qadağanını 'unutmağa' çağırır


Oleg Matytsin
Oleg Matytsin

Rusiyanın idman naziri Oleg Matytsin beynəlxalq idman təşkilatlarını “yeni səhifə” açmağa və koronavirus pandemiyası münasibətilə Rusiyanın üzərindən dopinq qadağanını götürməyə çağırıb.

Dünya Anti-Dopinq Agentliyi ötən il dopinq nümunələrinə Moskva laboratoriyasında müdaxilə edildiyini aşkar etdikdən sonra Rusiya idmançıları dörd il müddətinə olimpiya oyunlarında və əsas beynəlxalq yarışlarda iştirakdan məhrun olunub.

Rusiya qadağandan apellyasiya şikayəti edib və beynəlxalq idman arbitrajı məhkəməsi bu moratoriumun qanununliyi barədə hökm çıxarmalıydı. Lakin məhkəmə dünyada pandemiyaya görə məsələyə baxılmasını təxirə salıb.

Matytsin aprelin 10-da internet vasitəsilə keçirilmiş mətbuat konfransına deyib:

"Bu iş barədə hökm çıxaracaq Beynəlxaql Olimpiya Komitəsinin, Dünya Anti-Dopinq Agentliyinin rəhbərləri və hakimlər başa düşməlidirlər ki, biz indi tamamilə fərqli bir şəraitdə yaşayırıq və münasibətlərdə yaranmış başqa böhranlar kimi bu böhranı da başa çatmalı, yeni səhifə açılmalı və hazırda ən mühüm məsələnin birlikdə olmaq olduğu başa düşülməlidir”.

Rusiya öz idmançıları ilə bağlı sistematik, dövlət səviyyəsində həyata keçirilmiş dopinq proqramının olduğunu israrla danır.

Moskva bunun əvəzində antidopinq sistemində yalnız “çatışmazlıqlar” olduğunu vurğulayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG