Həftənin 4-cü günü qəzaya uğrayan “Proqres” kosmik yük gəmisinin qalıqları Tuva Respublikasında aşkar edilib.
Bu barədə Rusiyanın Tuva respublikası rəhbərliyinin saytında məlumat verilib.
Kosmik gəminin parçaları yerli sakinlərdən biri tapıb. Bu, 90 sm-lik dairəvi formada metal predmetdir. Polis “Roskosmos”un əməkdaşları gələnə qədər ərazini nəzarətə götürüb.
Dekabrın 1-də “Proqress” kosmik yük gəmisi Beynəlxalq Kosmik stansiyaya istiqamət alan zaman Tuva ərazisində fəzada yanıb. Gəminin əsas hissəsi atmosferdə məhv olub. Hazırda qəzanın səbəbləri məlum deyil.