Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:55

Rusiyada internet və mobil rabitə pisləşir


Rusiyada mobil rabitə operatorları avadanlıq çatışmazlığına görə 4G ruterlərini əhalisi az olan yaşayış məntəqələrindən söküb böyük şəhərlərə gətirirlər

Rusiyada mobil rabitə operatorları avadanlıq çatışmazlığına görə 4G ruterlərini əhalisi az olan yaşayış məntəqələrindən söküb böyük şəhərlərə gətirirlər.

Bu barədə Rusiyanın Insider saytı yazır.

Xəbər verilir ki, Rusiyanın Ukraynaya əsassız və haqsız müdaxiləsindən sonra telekommunikasiya avadanlığının əsas təchizatçıları – İsveçin Ericsson, Finlandiyanın Nokia və Çinin Huawei şirkətləri Rusiya bazarını tərk ediblər.

Nəticədə Rusiyanın mobil şəbəkə operatorları internetin yüksək sürətini təmin edən avadanlığın qıtlığı ilə üzləşiblər.

Rusiya telekommunikasiyalar şəbəkələri tikinti layihələrinin rəhbəri İqor Yaşşuk bildirib ki, ölkənin ən böyük dörd operatoru - MTS, Bilayn, Meqafon və Tele2 xaricdən işlənmiş avadanlıq almaq qərarına gəliblər.

Bundan başqa operatorlar kiçik yaşayış məntəqələrindəki 4G ruterlərini söküb böyük şəhərlərə aparırlar.

Yaşşuk bu barədə belə deyir:

"İndi bu zonalarda dəliklər yaranacaq, ya istifadəçilər şəbəkədən çıxmalı olacaqlar, ya da basabas yaranacaq”.

Qəza və kəsintilər artacaq

Yaşşuk bildirib ki, 4G ruterlərinin söküldüyü məntəqələrdə 4G-dən daha az parametrlərə malik əsas stansiyalar qalır.

Rusiyada avadanlıq çatışmazlığına görə rabitədə mümkün kəsintilər barədə hələ bu ilin martından xəbərdarlıq edilmişdi.

O vaxt operatorlar bildirirdilər ki, 4-6 aylıq ehtiyat hissələri qalıb.

Bununla da iyul-avqust aylarından Rusiyanın mobil şəbəkələrində qəza və sabitsizliyin artacağı gözlənilir.

Hökumət vəziyyətdən çıxış yolu kimi operatorlara şəbəkə avadanlığından şərikli istifadəni tövsiyə edib.

Hazırda bu layihə üzərində iş görüldüyü deyilir.

Yaşşuk bildirib ki, ölkəni tərk etmiş təchizatçıların yerini Çinin ZTE şirkəti tuta bilərdi, lakin şirkət Rusiya bazarına çıxmaq üçün hələki qərar qəbul etməyib.

Bu da qeyd olunur ki, üstəlik mobil rabitə operatorları aprel ayından tarifləri 10 faiz artırıblar.

Limitsiz istifadə tarifləri isə ümumiyyətlə ləğv olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG