Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

G7 liderlərinin bəyanatı: ‘Putin cavab verməli olacaq’


G7 qrupunun sammitində
G7 qrupunun sammitində

İnkişaf etmiş ölkələrin G7 qrupunun liderləri Rusiyanın Ukraynaya hücumunu pisləyiblər və bu müdaxiləni “qanunsuz və haqsız” adlandırıblar

İnkişaf etmiş ölkələrin G7 qrupunun liderləri Rusiyanın Ukraynaya hücumunu pisləyiblər və bu müdaxiləni “qanunsuz və haqsız” adlandırıblar.

Onlar bildiriblər ki, Ukraynanın müharibədən sonra yenidən qurulmasının müzakirə edilməsi üçün beynəlxalq konfrans çağırılcaq.

Almaniyada keçirilən G7 sammitinin iyunun 28-də açıqlanmış yekun bəyanatında habelə qlobal ərzaq təhlükəsizliyi məsələsinə toxunulur.

Qeyd olunur ki, dünyanın ərzaq böhranı təhlükəsi qarşısında qalmasının məsuliyyətini Ukraynanın dəniz limanlarını blokadaya almış Rusiya daşıyır.

Bəyanatda deyilir:

"Argentina, Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika Respublikası, eləcə də Ukrayna liderləri də, biz – Yedilər Qrupunun bəyanatına qoşulublar. Biz Rusiyanın Ukraynaya qarşı qanunsuz və haqsız təcavüzkar müharibəsini pisləyirik”.

Bundan əvvəl G7 sammitinin ikinci günündə liderlər demişdilər ki, prezident Vladimir Putin və onun Belarusdakı müttəfiqləri üzərinə təzyiqləri artırmaq üçün Moskvaya qarşı sanksiyaları buna ehtiyac olduğunu müddətdə saxlayacaqlar.

Son anda redaktə

Bu da xəbər verilir ki, liderlər Rusiya iyunun 27-də Ukraynadakı ticarət mərkəzinə raket zərbəsi endirdikdən sonra yekun bəyanatının mətnini bir az da sərtləşdiriblər və Rusiyanın hərəkətini “hərbi cinayət” adlandırıblar.

Bəyanatda bildirilir ki, Putin Moskvanın əməllərinə görə məsuliyyətə cəlb olunacaq.

Bu sammitdə habelə dünyanın ərzaq probleminin aradan qaldırılması üçün 4.5 milyard dollar ayrılması barədə qərar qəbul edilib.

Ağ Ev ayrıca olaraq bəyan edib ki, ABŞ 47 ölkədə ərzaq probleminin həlli istiqamətində 2.76 milyard dollar xərcləyəcək.

Bu sammitdə habelə Rusiya neftinə qiymət həddi qoyulması, Rusiya mallarına rüsumların artırılması və yeni sanksiyaların elan edilməsi müzakirə olunub.

Lakin bildirlir ki, bu məsələlər qarşıdan gələn həftələrdə müzakirə ediləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG