Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Rusiya-Ermənistan vahid ordusuna təpki


Ermənistan və Rusiya prezidentləri

“Rusiya-Ermənistan vahid ordusunun yaradılması Azərbaycana təhdiddir”.

Müsavat Partiyası Divanının dekabrın 12-də keçirilmiş toplantısında iştirakçıların yekun qənaəti belə olub.

Partiyanın mətbuat xidməti xəbər verir ki, Divan Rusiya və Ermənistanın birgə ordusunun yaradılması istiqamətində qəbul edilən qərarları geniş müzakirə edib.

Buna da bax:​ Sarkisian: "Rusiya ordusu Ermənistanın müdafiəsinə qoşulacaq"

“Bu ordunun Azərbaycana qarşı olmadığı barədə Rusiya və Ermənistan tərəfinin açıqlamaları əslində məsələnin mahiyyətini gizlətmək cəhdləri kimi qiymətləndirilib. Rusiya-Ermənistan vahid ordusunun yaradılması Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə təhdiddir”, partiyanın məlumatında bildirilir.

Müsavat hesab edir ki, Azərbaycan hakimiyyəti belə ordunun yaranmasının qarşısının alınmasından ötrü diplomatik səyləri artırmalı, Milli Təhlükəsizlik haqqında Konsepsiyada göstərildiyi kimi NATO ilə əməkdaşlığı genişləndirməli, bu quruma üzv olmaq istiqamətində səyləri artırmalıdır.

Buna da bax: 'Bu, Rusiyanın Azərbaycana təzyiqidir'

Müsavat Partiyası həmçinin hesab edir ki, NATO və Türkiyə hökuməti də Rusiya-Ermənistan ordusunun yaradılmasına münasibət bildirməlidir.

Ötən ay Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması haqda sərəncam imzalayıb.

Verilən xəbərlərə görə, birgə qoşunun vəzifəsi, hər şeydən əvvəl, tərəflərin ərazisini potensial hücumlardan qorumaqdır. Yeni alyans Qafqazda həm Rusiyanın, həm də Ermənistanın təhlükəsizliyini təmin etməlidir. Razılaşmaya əsasən, Rusiya və Ermənistan əsgərləri tərəflərdən hər hansı birinin ərazisinə hücumları cavablandırmağa, sərhədi keçmək cəhdlərinin önünü kəsməyə borcludurlar.

Buna da bax:​ 'Rusiya Azərbaycana hansı silahı verirsə, Ermənistana da onu verəcək'

Ancaq Rusiya rəsmiləri bəyan ediblər ki, bu alyans Azərbaycana qarşı deyil. Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov deyib: “Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır”. Azərbaycan rəsmiləri də, hələlik, buna açıqca etiraz bildirməyiblər.

Multimedia

XS
SM
MD
LG