Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:48

Putin “Ebolaya çarə tapdıq” deyir, alimlərsə şübhə edir


Putin deyir ki, Ebolaya qarşı vaksin hazırlanıb.
Putin deyir ki, Ebolaya qarşı vaksin hazırlanıb.

-

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ebola xəstəliyinə qarşı ən təsirli vaksini hazırlandığını elan etməklə bütün səhiyyə dünyasını təəccübləndirib. O, bu məlumatı hökumətin iclasında açıqlayıb:

“Xoş xəbərim var. Ebola xəstəliyinə qarşı yeni dərman qeydiyyatdan keçirmişik. Bu dərman indiyədək Ebolaya qarşı dünyada istifadə olunmuş dərmanlardan daha effektlidir”.

Alimlər Rusiyanın Ebolaya qarşı vaksin hazırlanması ilə bağlı deyilənlərə inanmır.
Alimlər Rusiyanın Ebolaya qarşı vaksin hazırlanması ilə bağlı deyilənlərə inanmır.

Ancaq mütəxəssislər Putinin bu söylədiklərini dərhal şübhə altına alıblar. Bunlardan biri Florida Univeristetinin Yeni Patogenlər İnstitutunda infeksion xəstəliklər üzrə professor İra Longini-dir. O, həm də Ebolaya qarşı peyvəndin ixtirasında iştirak etmiş alimlərdən biridir. Həmin peyvənd indiyədək ən effektli və ən yüksək sınaq mərhələsini keçmiş dərman vasitəsidir.

Longini deyir ki, ruslar sözügedən dərman preparatın; yalnız ilkin mərhələdə sınaqdan keçiriblər. Ona görə də indidən onun effektli olduğunu söyləmək doğru deyil. Longini-nin ixtirasına kömək etdiyi peyvənd isə kliniki sınağın 3-cü mərhələsindən də keçib. Bu mərhələdə dərman preparatı geniş insan kütləsi üzərində sınaqdan keçirilir. Kliniki sınağın ilk mərhələsində isə sınaq yalnız kiçik bir qrup insana tətbiq olunur. Bu səbəbdən də Longini bildirir ki, hər hansı dərman vasitəsi üçüncü mərhələ sınağından keçməmiş onun effektivliyi barədə açıqlama vermək olmaz. Uzaqbaşı yeni preparatın ümidverici olduğunu söyləmək olar.

Longini-nin sözlərinə görə, rusların araşdırması o dərəcədə ibtidai səviyyədədir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onun nəticələrini Ebolanın geniş yayıldığı Qvineyada yoxlamağı belə lazım bilməyib. ABŞ-ın “Merck” şirkəti tərəfindən istehsal olunan və hazırda istifadə edilən vaksin isə Ümumdünya Səhiyyə Təşlikatı Qvineyada 4 mindən artıq insanın üzərində yoxlayıb. Nəticə göstərir ki, bu vaksin olduqca yüksək effektivliyə malikdir.

"PEYVƏND MÜTLƏQ İNSANLARDA SINAQDAN KEÇMƏLİİDİR"

GSK Ebola eləyhinə vaksin
GSK Ebola eləyhinə vaksin

Putin Ebolanın Rusiya peyvəndi barədə əlavə heç nə söyləməyib. Lakin oktyabr ayında ölkənin Səhiyyə Nazirliyi bildirmişdi ki, peyvənd sınağın birinci mərhələsindən uğurla keçib. 200 könüllü üzərində aparılan yoxlamalar preparatın əks təsirlərinin minimum həddə olduğunu göstərib. O vaxtdan ötən müddət ərzində rusiyalı rəsmilər tədqiqatın gedişi barədə çox az məlumat veriblər.

“Onlar öz peyvəndlərini ikinci mərhələdə sınaqdan keçirmiş olsalar belə, bunu yoxlaya bilməyəcəklər. Çünki bunu üçün Ebola xəstəliyinə yoluxmuş insan üzərində yoxlamalıdırlar. Ebolanın ən son yox olduğu Liberiyada belə son 42 gün ərzində bu xəstəliyə yeni yoluxma halına rast gəlinməyib”, -- deyən Longini əlavə edir ki, xəstəliyin inqubasiya müddətinin 21 gün olduğunu nəzərə alsaq, Afrikanın artıq bu epidemiyadan xilas olduğunu söyləmək mümkündür.

Putinin elan etdiyi preparatın bundan sonra nəyə faydası olacağını isə söyləmək çətindir.

XS
SM
MD
LG