Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 08:22

Obama Ebola ilə mübarizəni davam etdirməyə çağırır


Obama Ebola virusu ilə mübarizə aparan işçiləri qəhrəman adlandırıb

Obama Ebola virusu ilə mübarizə aparan işçiləri qəhrəman adlandırıb


ABŞ prezidenti Barack Obama Ebolanın ABŞ-da yeni hallar yaradacağını istisna etməyib. O bildirib ki, amerikanları bu virusdan qorumağın ən yaxşı yolu virusun yayıldığı ocaqda- Qərbi Afrikada qarşısını almaqdır.

Prezident bu bəyanatla Ağ Evdə tibb işçiləri ilə görüşərkən çıxış edib.

Obama Qərbi Afrikada Ebola ilə mübarizə aparan və xəstələrə kömək edən amerikan tibb işçilərini qəhrəman adlandırıb.

O həkimlərin ABŞ-a dönərkən karantinə alınmamasına səsləyib. Prezidentin sözlərinə görə əks halda tibb işçiləri Afrikada işləməkdən imtina edə bilər.

XS
SM
MD
LG