Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:34

Kreml Baydenin silahlara nəzarət müqaviləsini uzadacağına ümid edir


Co Bayden
Co Bayden

Kreml Birləşmiş Ştatlarla imzalanmış strateji silahlara nəzarət və ya qısaca Yeni START nüvə silahlarına nəzarət müqaviləsinin uzadılmasına tərəfdar olduğunu bir daha bəyan edib və bildirib ki, Moskva prezident seçilmiş Co Bayden administrasiyasının belə bir addımını alqışlayaradı.

Yeni START (Strateji Silahların İxtisarı Müqaviləsi) 2010-cu ildə Moskva və Vaşinqton arasında imzalanıb və müddəti gələn ay bitməlidir.

Müqavilə Birləşmiş Ştatlar və Rusiyanın strateji nüvə başlıqlarının, raketlərinin və bombardmançılarının sayına məhdudiyyət qoyulmasını nəzərdə tutur.

Bu sənəd 1994-cü ildə ovaxtkı SSRİ və ABŞ arasında imzalanmış START I müqaviləsini əvəz edib.

“Əgər amerikalı həmkarlarımız…”

Kremlin sözçüsü Dmitri Peskov yanvarın 20-də jurnalistlərə deyib ki, Rusiya və onun prezidenti bu müqavilənin müddətinin uzadılmasına tərəfdardır:

"Əgər bizim amerikalı həmkarlarımız bu paktın qorunub saxlanmasına siyasi iradə nümayiş etdirsələr, bunu yalnız alqışlamaq olar”.

Baydenin dövlət katibi vəzifəsinə namizədi Entoni Blinken yanvarın 19-da Senatda keçirilən təsdiqləmə dinləməsində deyib ki, Vaşinqton bu razılaşmanın uzadılmasına çalışacaq, lakin sənədin hansı müddətə uzadılacağı məsələsinə baxılacaq.

Rusiya prezidenti Vladimir Putin ötən il bu müqavilənin heç bir qeyd-şərt qoyulmadan bir il müddətinə uzadılmasını təklif etmişdi.

Bu təklif Donald Tramp administrasiyası tərəfindən rədd edilmişdi.

Təhlilçilər deyirlər ki, Yeni START müqaviləsinin uzadılmaması Moskva və Vaşinqton arasında yeni silahlanma yarışı yarada və gərginliyi artıra bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG