Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:57

İfrat sağçılara meylli sosial şəbəkə Rusiyadan dəstək alır


İllüstrativ foto
İllüstrativ foto

Sosial şəbəkənin işi yanvarın 11-də kəsilmişdi, Amazon Web Services (AWS) zorakılıqla bağlı kontentlə düzgün davranmaması iddialarından dolayı onun işini dayandırmışdı

ABŞ-da sağ qanad qruplar arasında populyar olan “Parler” sosial media vebsaytı Rusiyada mənzillənən texnologiya şirkətinin köməyi ilə işini bərpa edib. Bu haqda yanvarın 18-də media yazıb.

Sosial şəbəkənin işi yanvarın 11-də kəsilmişdi, Amazon Web Services (AWS) zorakılıqla bağlı kontentlə düzgün davranmaması iddialarından dolayı onun işini dayandırmışdı.

Zorakılıq çağırışları

Bu addımadək platformada zorakılığa dəstək mesajları gen-bol yayılıb, Apple və Google da “Parler” tətbiqini mağazalarından çıxarıb. Bütün bunlar yanvarın 6-da Birləşmiş Ştatlarda Prezident Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra baş verib, sosial şəbəkədə yeni etirazlara çağırışlar səslənib.

Vebsayt yanvarın 18-də işə düşüb, ancaq rəhbəri mesaj yazıb ki, şəbəkənin funksionallığını bərpa etmək üzərində işləyir. Mesaj yazmaq xidməti aktiv olmayıb.

Vebsaytın işlətdiyi internet protokol ünvanı iki rusiyalının idarə etdiyi “DDos-Guard”a məxsusdur. Bunu “Reuters” və Netflix-də şəbəkə və sistemlər üzrə vitse-prezident Deyv Temkin yazıb.

ABŞ-ın hüquq mühafizə və kəşfiyyat rəsmiləri Rusiyanın ölkənin seçki prosesinə propaqanda və haker hücumları ilə müdaxilə etdiyini deyirlər. Rusiya siyasi bölücülüyü qızışdırmağa, ictimai fikri manipulyasiya etməyə, ovaxtkı namizəd, hazırda prezidentlikdən getməkdə olan Donald Trampı dəstəkləməyə çalışıb. Rusiya isə iddiaları rədd edib.

DDoS-Guard kimə məxsusdur

Parler-in rəhbəri Con Matze və “DDoS-Guard” təmsilçiləri məsələni şərh etməyiblər.

Yanvarın 18-də Parler.com Matzenin “Fox News”a müsahibəsinin linkini yayıb. O deyir ki, şəbəkənin yanvarın sonunda işini bərpa edəcəyinə inanır.

“Reuters” yazır ki, “DDoS-Guard” irqçi, sağ-qanaq və konspirologiya saytları ilə işləyib, həmçinin Rusiyanın hökumət saytlarını dəstəkləyib.

“DDoS-Guard”ın vebsaytında ünvanı “Cognitive Cloud LP” şirkətinin adıyla Şotlandiya göstərilir. Ancaq “Reuters” onun sahibinin Rusiyanın Rostov-na-Donu şəhərində yaşayan iki nəfər olduğunu yazır.

AWS xidməti dayandırandan sonra Parler Amazonu ötən həftə məhkəməyə verib. Amazon isə qərarını müdafiə edərək bildirib ki, Parler zorakı kontenti silməyib.

“Apple” şirkətinin icraçı direktoru Tim Kuk deyib ki, Parler postları idarə etmək qaydalarını dəyişərsə “App Store”a qayıda bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG