Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Milli qvardiyaçıların siyasi sədaqəti yoxlanır


Milli Qvardiya əsgərləri Kapitoli ətrafında
Milli Qvardiya əsgərləri Kapitoli ətrafında

Yanvarın 17-də ştat mərkəzlərində kiçik nümayişlər keçirilib, amma zorakılıq baş verməyib.

ABŞ-ın hüquq mühafizə agentlikləri Vaşinqtona növbə çəkməyə gedən Milli Qvardiya əsgərlərini siyasi yoxlamadan keçirirlər, onların Co Baydenin prezident andiçməsi zamanı təhlükəsizlik riski yaratmayacağından əmin olmaq istəyirlər.

Daxildən hücumla bağlı narahatlıqdan dolayı Vaşinqtona aparılan 25 minədək Milli Qvardiya üzvü siyasi yoxlamadan keçirilir.

Baş Qərargah əsgərlərə məktub göndərib

Ordunun katibi Ryan Makkarti deyib ki, rəsmilər daxildən potensial hücum riski ola biləcəyini anlayırlar. O, komandirlərin indiyədək hər hansı təhdidə dəlil görmədiyini də sözlərinə əlavə edib.

“Bu prosesi davamlı aparırıq, əməliyyata cəlb olunan hər kəs ikinci, üçüncü yoxlamadan keçirilir”, – Makkarti “The Associated Press”ə deyib.

20 yanvar andiçmə mərasimi öncəsi Vaşinqtonda indiyədək görünməyən təhlükəsizlik tədbirləri görülür. Yanvarın 6-da Konqres Baydenin 3 noyabr seçkisində qələbəsini təsdiqləyən zaman Prezident Donald Tramp tərəfdarları Kapitoliyə hücum etdilər, biri polis əməkdaşı olmaqla beş nəfər öldü.

Sonradan bəlli oldu ki, iğtişaşlara qatılmış bəzi şəxslərin orduyla ya keçmişdə, ya da indi əlaqəsi olub.

Bu yaxınlarda Baş Qərargah ABŞ-ın bütün hərbçilərinə məktubda yazırdı ki, 6 yanvar iğtişaşları “hüququn aliliyinə uyğun deyil”, əsgərlər “dövlətin dəyərlərini və ideyalarını həyata keçirməlidirlər”.

Təhlükəsizlik gücləndirilib

Vaşinqtonda şəhər mərkəzi əsasən bağlanıb, Kapitoli ətrafına tikanlı məftilli təhlükəsizlik hasarı çəkilib. Kamuflyaj uniformalı Milli Qvardiya əsgərləri nəzarət məntəqələri qurublar.

Yanvarın 17-də ştat mərkəzlərində kiçik nümayişlər keçirilib, amma zorakılıq baş verməyib.

Trampın bəzi tərəfdarları onun seçkini udmasına inanırlar. Ancaq ABŞ məhkəmələri bu iddiaları dəfələrlə rədd edib. Onların bəzilərinin hakimlərini Tramp təyin etmişdi.

Onlarla ştatın mərkəzi şəhərlərində Milli Qvardiya əsgərləri yerləşdirilib, təhlükəsizlik gücləndirilib.

Elə 17 yanvar etirazlarında da təhlükəsizlik əməkdaşları nümayişçilərdən çox olub. Yerli hakimiyyət və media nümayişlərə az sayda şəxsin qatıldığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG