'Əliyevin xəbəri olmaya bilməzdi': Bakıdakı gizli görüşün əsl məqsədi nə idi?
Bakıda Rusiya və Almaniya nümayəndələrinin qeyri-rəsmi görüşü keçirilib. Almaniyalı deputat Roderix Kizevetter iddia edir ki, Almaniya hökuməti bu görüşdən xəbərdar olsa da, onun qarşısını almayıb: "İştirakçıların tərkibini nəzərə alsaq, güman etmək olar ki, əsas məqsədlərdən biri Almaniya ilə Rusiya arasında, xüsusilə enerji sahəsində iqtisadi əlaqələrin bərpası və ya gücləndirilməsi olub". Keçmiş diplomat Nahid Cəfərov da Azərbaycan tərəfinin bu prosesdən məlumatlı olduğunu düşünür: "Azərbaycanın xəbəri olmadan bu görüşün baş tutma ehtimalı sıfıra bərabərdir. Amma rəsmi Bakının danışıqların təfərrüatından, çox güman ki, xəbəri yoxdur".