Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 09:52

Son 30 ilin ən yaxşı rus filmləri


Kinoteatr
Kinoteatr

Rusiyanın "Arqumentı i faktı" qəzeti son 30 ildə çəkilmiş ən yaxşı rus filmlərinin siyahısını tərtib edib. Siyahıya, əsasən, mükafat, diqqət və tamaşaçı rəğbəti qazanmış filmlər salınıb. Onlardan bəziləri bunlardır:

"Ayaq" (Нога). Rejissor Nikita Tyaqunov (1991)

Nikita Tyaqunovun bu debüt filmi onun karyerasındakı yeganə tutarlı film olaraq qalıb. Film Uilyam Folknerin eyniadlı hekayəsinin Rusiya reallıqlarına çevrilmiş versiyası əsasında çəkilib. Film "əfqan sindromu", fiziki və mənəvi fantom ağrılar mövzusunda çox güclü kinematoqrafik ifadələrlə yadda qalıb. Qardaşının qətlinə görə qisas almaq istəyən Martın qəzəbindən bir dinc kəndin sakinlərini öldürür. Bu döyüşdə özü ayağını itirir. Vətənə qayıdıb həyatını yenidən başlamağa çalışır. Qarabasmalarında qardaşının ruhunu görür. O, qardaşının ruhundan onun kəsilmiş ayağını tapıb məhv etməsini xahiş edir. Martın əmindir ki, ayaq onun qatil əkizinə çevrilib. Filmin əsas üstünlüklərindən biri aktyor heyətidir.

"Ryaba Toyuq" (Курочка Ряба). Rejissor Andrey Konçalovski (1994)

Bu film rejissorun "Sevən, ancaq ərə getməyən Asya Klyançinanın əhvalatı" (История Аси Клячиной, которая любила, да не вышла замуж) filminin 30 il sonra çəkilmiş davamı sayılır. Elə filmin süjetinə görə də, aradan bu qədər vaxt keçib. Ucqar kəndin sakini olan Asyanı bu dəfə İya Savvina yox, İnna Çurikova canlandırır. Artıq sosializmin yerini alkoqolizm tutub. Bir az qoçaq tərpənənlər çoxdan şəhərə köçüb, qalanları da kəndin xarabalıqlarında mövcud olmaqdadır. Tək qalan Asya yerli "samoqon"dan içib toyuqla söhbət edir. Bir qədər nağılvarı, buna görə də yöndəmsiz görünən bu hekayə postsovet reallığını yaxşı göstərir. Eyni torpaq sahəsində həm kapitalist fermerlər, həm də qızıl yumurtalı fantasmaqoriya var.

"Şirli-mırli" (Ширли-мырли). Rejissor Vladimir Menşov (1995)

Bütün personajların bir-birini tanıdığı bu film Hind filmini xatırladır. Burada əkiz qardaşlar da var, qaraçılar da, rus mafiyası və bütün qəhrəmanların ələ keçirməyə çalışdığı böyük almaz da.

"Qardaş" (Брат). Rejissor Aleksey Balabanov (1997)

Bu filmi çoxları 90-cı illərdə çəkilən əsas rus filmi hesab edir. Danila Baqrov adlı "dembel" anasının məsləhəti ilə Peterburqa gəlir. Anası ona böyük qardaşı Viktorun bu şəhərdə nə qədər yaxşı yaşadığını deyir. Danila Peterburqa gələndə qardaşı Viktorun əslində killer olduğunu və kriminal çevrələrdə çoxlu düşmən qazandığını görür. Son nəticədə qardaşının problemlərini o həll etməli olur. Film həm də "Nautilus Pompilius" qrupunun musiqisi ilə yadda qalıb.

"Xrustalyov, maşını!" (Хрусталёв, машину!). Rejissor Aleksey German (1998)

Bu, Germanın özünün bitirdiyi sonuncu filmdir. Hadisələr Stalinin ölümü ərəfəsində cərəyan edir. German tarixi film çəkməyib. Bu film daha çox həmin dövrdə insanların keçirdiyi hisslər haqdadır. Film Kann Film Festivalında tənqidçilər və auditoriyanın böyük marağına səbəb olmasa da, sonradan ona münasibət dəyişib. İndi bu film unikal rejissor dilinin nümunəsi kimi görülür. Onun "Tanrı olmaq çətindir" filmi də oxşar reaksiya ilə qarşılanıb. Çünki bu film də qatı realizmlə xarakterizə olunur.

"Yük 200" (Груз 200). Rejissor Aleksey Balabanov (2007)

Kann və Venesiya film festivallarının imtina etdiyi bu film Rusiya televiziyasına da buraxılmayıb. Ağır, qorxunc səhnələrlə dolu olan filmdə SSRİ-nin son dövrlərindən söz açılır. Filmin baş qəhrəmanları qanunsuz ticarətlə məşğul olan bir adam, elmi ateizm professoru, raykom katibinin qızı və milis əməkdaşıdır. Onların başına gələnlər bütün ölkənin tarixinin metaforuna çevrilir.

XS
SM
MD
LG