Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 01:00

Ruminiya hökuməti etirazlara səbəb olan qərarı ləğv edir


Sorin Grindeanu, Buxarest

Ruminiyanın baş naziri Sorin Grindeanu bildirib ki, hökumət kütəvi etirazlara səbəb olan Amnistiya aktı və cinayət qanunvericiliyinə dəyişikliklər haqqında qəbul etdiyi qərarı ləğv edəcək.

Grindeanu fevralın 4-də deyib ki, hökumət gələn həftə keçəcəyi iclasında bu qərarı ləğv edəcək.

“Mən Ruminiyanın bölünməsini istəmirəm”, baş nazir jurnalistlərə deyib.

Qərarın qəbulundan sonra 5 gündür ki, ölkənin hər yerində on minlərlə insan etiraz olaraq küçələrə axışıb.

1989-cu ildə sovet diktatoru Nicolae Ceausescu-ya etirazlardan sonra bu, Ruminiyada ilk belə kütləvi etirazdır. Polis aksiyalarda 300 mindən çox adamın iştirak etdiyini deyir.

Etirazçılar “İstefa” şüarları səsləndirib.

Ruminiyada etirazlar, Buxarest, 29 yanvar 2017
Ruminiyada etirazlar, Buxarest, 29 yanvar 2017

Baş nazirin yanvarın 31-də imzaladığı Amnistiya aktı imkan verəcək ki, rüşvət və korrupsiya maddələrilə tutulan siyasətçilər azadlığa çıxsın. Bu qərarla ölkə rəsmilərinin cəzalandırılması şərtləri yüngülləşdirilir. Dövlət rəsmisi onun hərəkətinin hökumətə vurduğu ziyan yalnız 47 min dolları keçdiyi halda həbs oluna bilər, - qərarda göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG