Rockn rollun əfsanəvi ifaçısı Chuck Berry 90 yaşında vəfat edib. Məşhur musiqiçi ABŞ-ın Mussuri ştatında, evində huşsuz vəziyyətdə olub. Həkimlərin onu həyata qaytarmaq səyləri nəticə verməyib.
‘Maybeline’, ‘Roll Over Beethoven", "Sweet Little Sixteen’, “Rock and Roll" Berrynin ən məşhur ifalarındadndır.
The Beatles qrupunun ulduzu John Lennon deyib ki, “Rock’n roll-a başqa bir ad tapmağa çalışsaydınız buna “Chuck Berry”deyə bilərdiniz".
Berry 1985 -ci ildə Grammy tərəfindən “Həyat boyu uğur" mükafatına layiq görülmüşdü.