Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:19

Rioda Olimpiya məşəli alovlandırıldı

Braziliyanın Rio de Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi baş tutub. Bakı vaxtı ilə saat 03:00-da başlanan mərasim «Marakana» stadionunda keçirilib.

İdmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparıb.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı ilə qatılıb.

17 gün davam edəcək Olimpiadada 306 yarış keçiriləcək və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunacaq. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparacaq. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulacaq.

Davamı

Bölmələr

XS
SM
MD
LG