Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

2006-cı ildən bəri qəbul edilməyən məcəllə


Azərbaycanın parlament binası
Azərbaycanın parlament binası

Bu il Rəqabət Məcəlləsinin həsrəti bitəcəkmi?

Dövlət başçısı Rəqabət Məcəlləsini Milli Məclisə hələ 2006-cı ildə təqdim etmişdi.

İllərdir qəbulunu gözləyən sənədlərdən biri də Rəqabət Məcəlləsidir. Dövlət başçısı həmin sənədi Milli Məclisə hələ 2006-cı ildə təqdim etmişdi və layihə 2 oxunuşdan da keçmişdi. Sonradan layihə parlamentin gündəliyindən çıxarıldı. Amma 2014-cü ilin yaz sessiyasının qanunvericilik işlərinin planına salınmışdı.

Buna da bax: Konqresmenlərin Azərbaycana səfər qalmaqalında Fethullah Gülen izi

“Sənədin qəbulu daha da aktuallaşıb”

Milli Məclisin deputatı Əli Məsimli AzadlıqRadiosu-na deyib ki, məcəllənin parlamentin gündəliyinə salınmasına çalışacaq:

“Bizim də arzumuzdu ki, Rəqabət Məcəlləsi tez qəbul edilsin. Qeyri-neft sektorunda islahatların dərinləşdirilməsinin vacibliyinin artdığı hazırkı məqamda sənədin qəbulu daha da aktuallaşıb”.

Ə. Məsimli yada salır ki, ötən sessiyanın planı müzakirə olunanda məcəllənin plana salınması məsələsini qaldırıb və bu dəfəki sessiyada planın müzakirəsi zamanı da belə edəcək.

Buna da bax: «Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib»

Ədalətli rəqabət nəyi dəyişəcək?

Bu yerdə sual yaranır: tutaq ki, sənəd qəbul edildi? Nə dəyişəcək? İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, sağlam rəqabət mühitinin yaranmasından ötrü hökumətin rəqabəti dəstəkləməsi, ilk növbədə, bazara giriş baryerlərini aradan qaldırması çox vacibdir: “Bunun üçün ilk öncə müasir tələblərə, beynəlxalq standartlara cavab verən Rəqabət Məcəlləsi qəbul edilməli və müstəqil rəqabət institutu yaradılmalıdır. Bundan sonra da bazarda hökmran mövqedə olan şirkətlərin rəqabət qanunları əsasında tənzimlənməsi vacibdir”.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

İqtisadçının sözlərinə görə, hesablamalar göstərir ki, sağlam və şəffaf rəqabət əsasında ölkəyə gətirilən malların, xüsusilə də ərzaq məhsullarının qiyməti quruluşundan və coğrafiyasından asılı olaraq 1,3-1,5 dəfə ucuzlaşa bilər: “Sağlam rəqabət dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə də mühüm töhfə verə bilər. Bu, həm də bizə imkan verə bilər ki, beynəlxalq bazarlara daha geniş çeşiddə mal çıxaraq”.

Amma ekspert vurğulayır ki, hər şeydən əvvəl qəbul ediləcək məcəllənin icrası təmin edilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG