Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

Türkiyə mətbuatı Azərbaycana və Türkiyəyə səfər etmiş 10 ABŞ konqresmeni ətrafında qalxmış qalmaqalın yeni təfərrüatı barədə yazır.

Türkiyə mətbuatı Azərbaycana və Türkiyəyə səfər etmiş 10 ABŞ konqresmeni ətrafında qalxmış qalmaqalın yeni təfərrüatı barədə yazır.

Ötən həftə “The Washington Post” qəzeti 2013-cü ildə Azərbaycana səfər etmiş 10 ABŞ konqresmenin Konqresin Etkia Komitəsi tərəfindən araşdırıldığı və bu araşdırma nəticəsində həmin səfərin Azərbaycan dövlət neft şirkəti SOCAR tərəfindən maliyyələşdirildiyinin üzə çıxdığı barədə yazmışdı.

ABŞ qanunlarına görə millət vəkillərinin xarici hökumətlərin maliyyəsindən faydalanması qadağandır və Amerikanın siyasi dairələrində qalmaqalın yaranmasına da elə bu səbəb olmuşdu.

Gülenə bağlı qurum

Konqresmenlərin demək olar ki, hamısı səfərin SOCAR tərəfindən maliyyələşdirildiyini bilmədiklərini söyləyiblər.

Səfər rəsmən qeyri-mənfəət qurumlarından sayılan Türk Amerika Assosiasiyaları Şurası tərəfindən təşkil edilib.

Türkiyənin ingilisdilli “Daily Sabah” qəzetinin internet saytındakı məqalədə deyilir ki, sözü gedən Türk Amerika Assosiasiyaları Şurası ABŞ-ın Pensilvaniya ştatında könüllü sürgündə yaşayan vaiz Fethullah Gülenə bağlı təşkilatdır.

Fethullah Gülen Türkiyə hökuməti tərəfindən dövlətə xəyanətdə ittiham olunur.

Qəzet yazır ki, bu, Fethullah Gülenə bağlı qurumun təşkil etdiyi ilk səfər deyil.

Kerry-yə şikayət

Bəzi xəbərlərə görə, bu ilin fevralında Gülen hərəkatı ABŞ millət vəkilləri üçün Türkiyəyə bütün xərcləri çəkilmiş səfər təşkil edib və 88 konqresmenə ianələr verilib.

Bunun əvəzində ABŞ Konqresinin həmin üzvləri dövlət katibi John Kerry-yə məktub imzalayıblar.

Fevralın 2-də göndərilmiş bu məktubda iddia edilirdi ki, Türkiyədə Gülen hərəkatına bağlı media qurumları təqib və hücumlara məruz qalır.

“Daily Sabah” yazır ki, sonradan aparılmış təhqiqat bu 88 konqresmendən 43-nün Türkiyəyə haqqı Gülen hərəkatına bağlı müxtəlif qurumlar tərəfindən ödənmiş səfərdə olduqlarını göstərib.

Məktub müəllifləri dövlət katibi Kerry-ni Türkiyəyə qarşı ciddi tədbir görməyə çağırırdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG