Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Azərbaycanda reklam bazarı kimlər üçün zəifdir? [video]


Azərbaycanda jurnalistlərə hansı mövzuları yazmaq təhlükəlidir?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Azərbaycanda jurnalistlərə hansı mövzuları yazmaq təhlükəlidir?

Azərbaycanda xəbər mediası nə qədər azaddır?

Məsəl var, deyirlər, pulu kim verirsə, mahnını da o sifariş edir.

İnkişaf etmiş demokratik ölkələrdə xəbər mediası əsasən biznes qurumudur: reklam yerləşdirir, pul qazanır, özü özünü maliyyələşdirə bilir deyə tənqidçi funksiyasını yerinə yetirə bilir.

Bəs, mediaya reklam hardan gəlir? Təbii ki, daha çox rəqabətli iqtisadiyyatdan. Qısası eyni malı bir neçə şirkət sata ki, reklam verməyə ehtiyacı olsun.

Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan tənqidlərdən biri budur ki, biznes azad deyil, çox vaxt siyasi hakimiyyətə bağlıdır.

Buna da bax: Camaat ümidini niyə ölkənin hakim ailəsinə bağlayır? [video]

Hətta prezident İlham Əliyevin ailəsinin ölkədə mənfəətli sahələrdə biznesə nəzarəti ələ almalarına dair çoxsaylı jurnalist araşdırmaları var.

Məsələn, AzadlıqRadiosu və OCCRP -nin, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları layihəsinin bir araşdırması isə üzə çıxartmışdı ki, hələ 2014-cü ildə Azərbaycanda telekommunikasiya bazarının 70 faizinə prezident İlham Əliyevin qızları nəzarət edir. Prezident Administrasiyasının rəsmiləri isə bir neçə dəfə bu cür araşdırmalara şərhlərində deyiblər ki, prezidentin övladları da sıravi vətəndaşlar kimi biznes qurmaq hüququna malikdirlər.

Buna da bax: Azercell-də prezident qızlarının payı

Təkəlçilik olan yerdə birincisi, reklama ehtiyac qalmır, ikincisi, biznes qurumu siyasi hakimiyyətə bağlı olanda, tənqidi mediaya reklam vermir, çünki hakimiyyətinin tənqid olunmasını istəmir.

90-cı illərdə, Azərbaycanda biznes və media mühiti daha beynəlxalq hesabatlarda qismən azad kimi qiymətləndirilirdi.

Ölkənin ilk müstəqil xəbər agentliyi sayılan “Turan”ın direktoru Mehman Əliyev deyir ki, indi xəbər mediasında reklam xeyli azdır:

“2016-cı ildə durum pis idi, indi də bilirəm ki, durum düzəlməyib. Vəziyyət hələ də acınacaqlıdır”.

Buna da bax: "Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

Dövlət statistikasına görə, 2016-cı ildə əsas reklamlar sosial şəbəkələrə və internet resurslarına verilib, bununla belə, internetdə də reklam gəlirləri 2016-cı ildə 20 faiz azalıb.

Reklam bazarı zəif olan xəbər mediasının bir maliyyə mənbəyi də xarici humanitar təşkilatlardan aldığı qrantlar idi. Bu humanitar təşkilatlar iddia edirlər ki, məqsədləri Azərbaycanda demokratiyaya dəstəkdir, amma bu dəfə hakimiyyət deyir ki, media xaricdən maliyyələşəndə elə xarici dövlətlərin təsirində olur.

2014-cü ildə qrant haqqında qanun dəyişib, medianın xaricdən də qrant alması qeyri-mümkün olub, tənqidi materiallar dərc edən yerli media qurumları məcbur olub işini dayandırıb.

Buna da bax: Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

ABŞ Konqresindən maliyyələşən AzadlıqRadiosu-nun isə Bakı ofisi bağlanıb. AzadlıqRadiosu, Amerikanınsesi, “MeydanTV”nin saytları ölkə daxilində bloklanıb.

“Turan” agentliyinin direktoru Mehman Əliyev əmindir ki, indiki durumda Azərbaycan mətbuatında tabular - yəni toxunulması qadağan edilən mövzular var:

Mehman Əliyev
Mehman Əliyev

“Azərbaycanda ən əsas tabu həqiqəti deməkdir. Hakimiyyət böhrandan qorxmur, həqiqətdən qorxur”.

“Qafqazinfo” xəbər portalının rəhbəri Elbrus Ərud isə deyir ki, Azərbaycanda reallıqları nəzərə alaraq müstəqil fəaliyyət göstərmək mümkündür. Onun sözlərinə görə, bununla belə tabular var ki, bu barədə yazmırlar:

Buna da bax: Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]

“Mən sizə durub bir-bir analiz edə bilmərəm ki, tabu mövzular hansıdır. Amma bu gün Azərbaycan cəmiyyətində nə danışmaq mümkündürsə, nəyi ifadə etmək mümkündürsə, hansı şəkildə davam etmək olarsa, biz də o şəkildə yazırıq. Amma bizim hansısa qorxumuz yoxdur”.

Bəs xəbər izləyiciləri nə düşünür? Mətbuat nədən yaza bilmir? Bakı sakinləri müşahidələrini bölüşürlər:

Mediada hansı mövzulara toxunulmur?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Mərkəzi New Yorkda yerləşən Jurnalistləri Müdafiə Təşkilatının 2015-ci il açıqlamasına görə, Azərbaycan dünyada medianın durumu pis olan 10 ölkədən biridir.

Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'

Prezident İlham Əliyev isə medianın azad olması barədə tənqidləri yaxın buraxmır. O, elə bu ilin yanvarında, Davos iqtisadi forumunda yenə də jurnalistlərin ölkədə mətbuat azadlığının boğulması, beynəlxalq media azadlığı reytinqlərində ən aşağı sıralarda olması barədə sualla üzləşib və dövlət başçısını cavabı belə idi:

"Bu reytinqlər Qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq".

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Azərbaycanda medianın durumunun pisləşdiyini başqa beynəlxalq qurumlar da deyir, məsələn, “Freedom House” Beynəlxalq İnsan Haqları təşkilatı 1998-2003-cü illərdə hər il Azərbaycanda azadlıqları qismən azad kimi qiymətləndirirdi.

İlham Əliyev pprezident olandan bir il sonra 2004-cü ildən Azərbaycanın durumu qeyri-azad kimi qiymətləndirilib və son 14 ildə ölkə bu kateqoriyadan qalxmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG