Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Ramzan Kadyrov-un qızı ‘erotik mallar’ satır?


Ramzan Kadyrov-un 20 yaşlı qızına aid edilən mağazanın kataloqundan
Ramzan Kadyrov-un 20 yaşlı qızına aid edilən mağazanın kataloqundan

Rusiyanın müstəqil media jurnalistləriÇeçenistan başçısı Ramzan Kadyrov-un qızı Ayshat-a məxsus olduğu deyilən erotik alt paltarları butikinin malları etiketsiz və qəbzsiz satmaqla Rusiya qanunlarını pozmasından yazırlar.

Mağazanın mötəbər hüquqi şəxsinin bilinməməsi, lakin bütün dünya üzrə malların çatdırılması ilə məşğul olduğu qeyd olunur.

Lady A butiki Qroznıda üç il bundan əvvəl açılıb. Onun mal çeşidlərinə erotik alt paltarları, intim aksessuarlar, məsələn qızıl qandallar və üzərində ürək şəkli olan qamçılar və “seks oyunları” üçün lazım olan başqa məmulatlar daxildir.

Bu mağaza açılandan dərhal sonra BBC-nin Rus xidməti onun Ramzan Kadyrov-un qızına aid olduğunu yazmışdı.

Ayshat-ın Qroznıda Firdaws İslam modası evi, şirniyyat malları mağazası da var. Sözü gedən butik də elə bunların olduğu ticarət mərkəzində açılıb.

Çeçenistan müsəlman regionudur, üstəlik respublikanın başçıları şəriət qaydalarının və ənənəvi cəmiyyət dəyərlərinin keşiyində durduqlarını bildirirlər. Seks burada qadağan mövzu sayılır.

BBC bu barədə yazandan sonra respublikanın milli siyasət naziri Jambulat Umarov RBK agentliyinə Ayshat Kadyrova-nın bu layihə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.

Bundan sonra sözü gedən butiklə bağlı bütün fotolar internetdən silinib. Mağazanın rəsmi saytı yoxdur. Buradan nəsə almaq üçün Instagram-dakı qapalı hesaba üzv olmaq lazımdır.

Hazırda bu hesabın 45 min 700 abunəçisi var. Butik müştərilərə malları təkcə Rusiya ərazisində yox, bütün dünya boyunca çatdıracağını vəd edir.

Ayshat Kadyrova-nın müştəriləri və işgüzar partnyorları alt paltar butikini onun aktivləri hesab edirlər, beləki onun adı sosial medialardakı reklamlarda və təbrik postlarında görünür.

Elə Lady A sözünün də “Lady Ayshat” olduğu deyilir.

Rusiyanın “Açıq medialar” nəşrinin müxbiri deyilənləri yoxlamaq məqsədilə bu mağaza üçün bir az ucuz sayılan köynək sifariş edib. Köynəyin üstündə Lady A loqotipi vardı və yaxası qıfıl dəliyi şəklində idi. Müxbir qiyməti 4290 rubla olan bu köynəkdən başqa, 4600 rublluq alt paltarı da sifariş edib.

Mallar poçtla, lakin etiketsiz və etibarsız qəbzlə gəlib. Bu qəbzdən malın harada istehsal olunduğu və göndərənin kimliyi bilinmir.

Jurnalist düşünür ki, ola bilsin bu vergidən yayınmaq üçün edilir.

Nəşr mağazanın hansı hüquqi şəxsə aid olduğunu da öyrəmnə bilməyib. Qeyd olunur ki, butik Qroznıdakı ticarət mərkəzində yerləşsə də, rəsmi sənədlərdə mövcudluğu görünmür.

6800 kvadratetr sahəsi olan üçmərtəbəli bina kadastr xəritəsində yoxdur və bu sahə Rusiya reyestrində qeydiyyatdan keçməyib.

Jurnalistlər bu barədə Çeçenistan Respublikası rəsmilərindən şərh ala bilməyiblər. Kadyrova-nın özü ilə isə əlaqə yaratmaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG