Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:33

Ramil Quliyev: ‘Elə bildim, 3-cü gəlmişəm’


Ramil Quliyev dünya çempionu oldu! (Müsahibəsi)
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Ramil Quliyev dünya çempionu oldu! [müsahibə]

200 metrlik məsafəyə qaçış üzrə dünya finalının başlanğıcında sıraya düzülmüş səkkiz finalçı və yarışı izləyən 56 min tamaşaçı arasında yalnız bir nəfər Ramil Quliyevin qalib gələcəyini düşünürdü, o da onun özü idi. Bunu “Reuters” yazır.

Azərbaycanda doğulmuş türkiyəli idmançı tamamilə haqlı idi. Startdan cəmi 20.09 saniyə sonra o, güclü rəqiblərini arxada qoyaraq finiş xəttini keçdi və 2009-cu ildən bəri Usain Bolt-a məxsus qızıl medalı qazandı.

400/200 metrlik məsafələrdə yarışan Wayde van Niekerk 20,11 saniyə ilə gümüş, ondan saniyənin mində biri qədər geri qalan Trinidad və Tobaqo idmançısı Jereem Richards isə bürünc medalla kifayətlənməli oldu.

Buna da bax: Ərdoğan Ramil Quliyevi təbrik elədi

“Bu, şok deyil”

Bütün dünya bu nəticəni şok hissiylə qarşıladı. Ancaq bu şok qətiyyən Quliyevin özünə aid deyildi. 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul etmiş Ramil Quliyev 2013-cü ildə öz yeni vətənini təmsil etmək hüququ qazanıb.

"Bu, şok deyil. Bütün bu yarış ərzində ən yaxşı nəticələrimi göstərmişəm. Düzgün vaxtda ən yaxşı yarışımı ortaya qoymuşam.

...Mən dünyanın ən yaxşı atletlərinə qarşı mübarizə aparırdım, ona görə də diqqətin onların üzərində olması məni narahat etmirdi. Bəlkə gələn yarışda hamı mənə baxacaq", - o deyir.

Buna da bax: "Azərbaycanlı Ramil Quliyev Türkiyəyə ilk qızıl medalını qazandırdı"​

Adamlar Bolt-un qələbələrindən danışanda azarkeşləri onun gənclər arasında 200 metrlik yarışlarda 19,93 saniyə nəticə göstərərək dünya rekordu qırmasını vurğulayırdılar.

Dünənə qədər heç kim Bolt-dan sonra ikinci nəticəni göstərmiş adamın adını bilmirdi. Bəli, yenə də söhbət 20.04 saniyə nəticə göstərmiş, o zaman hələ Azərbaycanı təmsil edən Ramil Quliyevdən gedir.

İtirilmiş illər

Türkiyənin idman rəsmiləri ilə ölkəni təmsil etmək icazəsi uğrunda mübarizə apardığı müddətdə idmançı qiymətli illərini itirir.

Buna da bax: Azərbaycan idmançıları Londonda medal qazanmadı

Yenidən yarışlara dönərək öz medal kolleksiyasını Aralıq Dənizi Oyunları, Yay Universiadası, İslam Həmrəylik Oyunlarının qızıl medalları, Avropa Çempionatının gümüş medalı ilə zənginləşdirə bilir.

Ramil Quliyev ötən il Olimpiya yarışlarının finalına yüksəlib, bu mövsümdə isə Avropa Komanda Çempionatında yaxşı forma sərgiləyərək qızıl medal qazanıb. O, həmçinin Paris Brilyant Liqası görüşündə yaxşı nəticələr göstərib.

R. Quliyevin çərşənbə günü özünün ilk yarımfinalında göstərdiyi nəticə hamının diqqətini cəlb etməli olduğu halda, nədənsə bütün baxışlar Van Niekerk-ə tuşlanmışdı.

Van Niekerk və botsvanalı Isaac Makwala ötən günkü yarışda diqqət mərkəzində idilər.

Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Bütün baxışların onlara yönəldiyi bir vaxtda Ramil Quliyev layiq olduğu birinci mükafatı qazandı.

"Mən ilk üçlükdə gəldiyimi bilirdim, ancaq hansı yerdə olduğumdan əmin deyildim.

...Bu mənim arzum idi. Növbədə Olimpiya Oyunlarıdır. Ümid edirəm o da mümkün olacaq", - Ramil Quliyev deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG