Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 14:02

Ərdoğan Ramil Quliyevi təbrik elədi


Ramil Quliyev Londonda keçirilən Dünya Çempionatı zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atlet Ramil Quliyevi Londonda keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Bu barədə avqustun 11-də Türkiyə prezidentinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Londonda atletika üzrə keçirilən Dünya çempionatında 200 metr məsafəyə qaçışda 20.09 saniyə nəticə ilə dünya çempionu olub.

Ramil Quliyev qələbədən sonra mətbuata müsahibəsində deyib ki, bir il imiş ki, bu yarışa hazırlaşırmış və qəlib olacağına inanırmış.

O qeyd edib ki, məqsədi qarşıdan gələn Tokio Olimpiya Oyunlarında da qızıl medal qazanmaqdır.

Qeyd edək ki, Ramil Quliyev qələbəni Türkiyə və Azərbaycan bayraqları ilə qeyd edib.

O, məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu elədim.

Buna da bax: "Azərbaycanlı Ramil Quliyev Türkiyəyə ilk qızıl medalını qazandırdı"

Ramil Quliyev 1990-cı il mayın 29-da Azərbaycan Bakıda doğulub.

2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG