Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Donbasda separatçıların tərəfində vuruşan braziliyalının tarixçəsi


Rafael Lusvargi
Rafael Lusvargi

Əslən Braziliyadan-San-Paulu-dan olan Rafael Markes Lusvargi 1ilə yaxın Donbasda separatçıların tərəfindən vuruşub.

2016-cı ildə o, Ukraynada həbs olunaraq 13 il azadlıqdan məhrum edilib və hazırda Kiyevdəki “Lukyanovsk” müvəqqəti saxlama məntəqəsində saxlanılır.

Rafel Lusvargi təcridxanada AzadlıqRadiosunun Ukrayna xidmətinə xüsusi müsahibəsində nəyə görə separatçılara qoşulması, sonda isə silahı yerə qoyub evə dönmək istməsindən danşıb.

Lusvargi Donbasa gəlib separatçıların tərəfindən vuruşan bir neçə braziliyalıdan biridir.

Keçmişdə Kursk dövlət tibb universitetinin tələbəsi olub.

Döyüş təcrübəsinə baxmayaraq hələ də adi tələbəyə bənzəyir, deyir ki, həmişə kommunist olub, keçmiş Sovet İttifaqı və Rusiya ilə bağlı olan hər şey onun üçün müqəddəs olub.

​Donbasda vuruşmasına gəldikdə isə deyir ki, bir neçə dostundan dəvət alıb və onlara kömək eləmək istəyib.

Onun sözlərinə görə, separatçıların tərəfindən daha bir neçə braziliyalı da vuruşur və onlar Debaltsevo və Donetsk aeroportu ətrafında döyüşüblər.

Lusvargi deyir ki, Donbasa gələndə elə bilirmiş ki, faşizmlə mübarizə aparacaq, amma gələndə bir sıra separatçıların onların tərəfindən vuruşan xaricilərə münasibətini görəndə fikri dəyişib.

Onun sözlərinə görə həmin separatçılar onun dəstəsini “Cənubi Amerikadan olan meymunlar” adlandıranda bu orda vuruşan bütün braziliyalıların bərk xətrinə dəyib.”Amazondan olan Dima mənə dedi ki, Rafael, mən bu dəqiqə burdan gedəcəm. Mən isə ona dedim ki, gözlə mən də gedəcəm, artıq vuruşmaqdan yorulmuşam, getmək istəyirəm”.

Rafael deyir ki, bir il səngərdə olanda, dinc sakinlər, hərbçilər, hər iki tərəfdən insanların necə əziyyət çəkdiyini görəndə vəziyyət, sənin baxışların dəyişir.

Rafael Lusvargi
Rafael Lusvargi

Bütün bunları gördükdən sonra Rafael evə dönmək qərarına gəlir və bütün sərhədləri problemsiz keçərək vətəninə dönür, Ukrayna xüsusi xidmətinin “qarmağına” düşməyənədək bir neçə ay San-Pauluda yaşayır.

“Ukraynadan işə dəvət. Hər şey rəsmi. Nəyə görə fikirləşməliydim ki, problem var?” deyə Rafael təəccüb edir.

Beləliklə onu ötən ilin payızında Borispol hava limanında həbs edirlər .

İndi Rafael Lusvarginin 32 yaşı var və Donbasda vuruşmasına baxmayaraq hələ də ümid edir ki, azadlığa çıxacaq.

Rafael deyir ki, azad olduqdan sonra yenə Donbasa gedib ordakı döstları ilə görüşmək, sonra isə evinə dönmək, oğluna qovuşub yaşamaq istəyir.

Mənbə yazır ki, vəziyyətə baxmayaraq Lusvargi vaxtındanəvvəl azad oluna bilər. Çünki Minsk razılaşmasında bu maaddə ilə mühakimə olunanların hamısına amnistiya nəzərdə tutulur.

Bundan başqa onun adı mübadilə olunanların siyahısına düşüb və vəkili artıq onun həbsindən apellyasiya şikayəti də verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG