Qazaxın Quşçu Ayrım kəndi Ermənistan hərbi postu ilə 130 metr məsafədədir - Üç tərəfdən Ermənistan ordusunun hərbi postu ilə əhatə olunub. Burda yaşayan kəndlilər gün ərzində təhlükəli olduğu üçün, sadəcə, gecə bulaqdan su götürə bilirlər. Təhlükəli və atışma olan günlərdə uşaqları kənd yollarına, açıq yerlərə buraxmırlar valideynlər.
Sərhəd kəndi eşşəklərin ümidinə qalıb
1
Kəndin sakinləri Ermənistan hərbi postu ilə 130 metr məsafədə yaşayırlar.
2
Hüseynova Güləbatın: "Səksən yaşım var, ana vətənim də buradır. Vaxtı ilə bu kənddə tütün də əkmişik, kotan da vurmuşuq, əkin də əkmişk, amma indi.."
3
Qazaxın Quşçu Ayrım kəndi üç tərəfdən Ermənistan ordusunun hərbi postu ilə əhatə olunub.
4
Kənd sakinləri içməli suyu kilometrlərlə uzaq məsafədən eşşək belində daşıyır.