Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:51

Türkmənistanın bədnam 'Dəmir ledisi'


Gurbanbibi Atajanova, (Arxiv)
Gurbanbibi Atajanova, (Arxiv)

Gurbanbibi Atajanova 10 il Türkmənistanın baş prokuroru vəzifəsində çalışıb.

Keçmiş prezident Saparmurat Niyazovun vaxtında.

Bu zabitəli qadının baş prokuror olduğu vaxtlarda bir sıra yüksək vəzifəli məmurlar korrupsiyada ittiham edilərək həbsə atılıb.

O, dövlət televiziyasında nümayiş etdirilən kadrlarda müttəhimlərə özü şəxslən suallar verər, onlara qarşı ittihamları səsləndirərdi.

CƏMİ 4 İLƏ...

​1991-ci ildə Sovet hökuməti dağılanda Atajanova Respublika Prokurorluğunun əməkdaşı idi.

Həmin il baş prokurorun köməkçisi təyin edilən Atamjanova cəmi 4 ildən sonra baş prokuror kürsüsünə sahiblənir.

1995-ci ildən başlayaraq 10 il müddətində o, korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində minlərlə insanı həbsə göndərir.

Bir çoxları inanır ki, hökumət üzvlərini korrupsiya ittihamı ilə həbsə atdırmaq Niyazovun heç bir məmurun vəzifədə möhkəmlənməsinə imkan verməmək siyasətinin tərkib hissəsi idi.

Hökmlər məhkəmədə çıxarılmalı olsa da, Niyazovun baş prokurorunun dilindən səslənən ittihamlar cəmiyyətdə artıq qəti hökm kimi qəbul edilərdi.

Korrupsiya ittihamı ilə tutulan vəzifəlilərin əmlakı müsadirə edilər, özləri ya həbs edilər, ya da Türkmənistanın ucqar bölgələrinə sürgün edilərdi.

Buna da bax: Türkmənistan prezidenti yenə 'şou göstərir'

OD OLMASA, TÜSTÜ ÇIXMAZ...

2002-ci ilin noyabrında Niyazova sui-qəsd cəhdinin üstü açıldığı elan edildi.

Bundan sonra Atamjanova bu işdə şübhəli bilinənlərlə yanaşı onların ailə üzvlərinə qarşı da ittihamlar irəli sürdü.

2003-cü ildə Atamjanova 34 yüksək vəzifəli məmura qarşı iş açdı.

Onların arasında baş nazirin iki müavini, müdafiə və enerji nazirləri də vardı.

Onların hamısına qarşı korrupsiya ittihamları irəli sürüldü.

2003-cü ildə şayiə yayıldı ki, Atamjanova-nın özü də ev dustağı edilib.

Amma bir müddət sonra onun hökumətin iclasında iştirak etdiyini əks etdiyi kadrlar yayıldı.

Amma necə deyərlər, od olmasa tüstü çıxmaz.

Saparmurat Niyazov
Saparmurat Niyazov

2005-ci ildə 58 yaşında Atamjanova təqaüdə çıxdı.

Çox keçmədi ki, onun başının üstünü qara buludlar aldı.

2006-cı ilin aprelində onu narkotiklərin qanunsuz dövriyyəsində ittiham etdilər.

Onun 13 evinin, 1 kərpic zavodunun, 1 dəyirmanının, 5 avtomobilinin, 3 traktorunun, 1 buldozerinin, 2 tikinti kranının, 40 hektar torpağının, 6 milyon dollarının, 2000 baş mal-qarasının, 30 min vedrəsinin müsadirə edildiyi bildirildi.

30 MİN VEDRƏ...

Bunların arasında ən təəccüblüsü vedrələr idi.

Deyilənə görə, hətta Niyazov da onun qarşısında ağlayıb əfv olunmasını istəyən Atamjanovadan "30 min vedrəni niyə oğurladığını" soruşubmuş.

Vedrə məsələsi hələ də cəmiyyət üçün müəmma olaraq qalır. O zaman şayiələr gəzirdi ki, Atamjanovanın vedrələri heroin və qızılla dolu olub.

Çox keçmir ki, Atamjanova məhkum edilərək həbsxanaya salınır.

Amma onun hekayəti bununla bitmir.

Atamjanovanın narkotik ticarəti ilə məşğul olduğunu Türkmənistanın Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin baş müstəntiqi Nikolai Gavrilov üzə çıxarmışdı. Gavrilov arvadı ilə birlikdə 2006-cı il noyabrın 6-da müəmmalı şəkildə Aşqabadda öldürülmüşdü. Qatillər indiyəcən tapılmayıb.

Gurbanbibi Atajanova-nın timsalında Orta Asiyada korrupsiyaya qarşı mübarizənin hansı eybəcər hal aldığını görmək olar.

Güman edilir ki, o, var-dövlətinin çox hissəsini elə korrupsiya ittihamı ilə tutuduğu şəxslərdən qoparıb.

10 il müddətində onun əməllərinin heç kəsə bəlli olmadığı şübhə doğurur.

Güman edilir ki, 2003-cü ildə ev dustağı edilməsi haqqında məlumat yayılan zaman əslində Atamjanovanın narkotik ticarəti ilə məşğul olan qardaşı və oğulluğu tutulubmuş.

Amma o bundan sonra da vəzifəsində qala bilmişdi.

Atamjanova 2006-cı ildə Daşoğuz həbsxanasına salınıb.

Bu, Türkmənistanın bədnam "Dəmir ledisi" haqqında sonununcu məlumatdır.

Azadlıq Radiosunun Türkmənistan xidməti

Buna da bax: Türkmənistan prezidenti "avtoşluq" edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG