Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:02

Qubadlının işğalından 26 il keçir


Dağlıq Qarabağ, Azərbaycan artileriyası, 1992

Avqustun 31-i Azərbaycanın Qubadlı rayonunun işğal olunmasından 26 il keçir. 26 il əvvəl Ermənistan silahlı qüvvələri bu rayonu işğal edib.

7 minə yaxın yaşayış evi, mindən çox kənd təsərrüfatı, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət obyekti işğal altında qalıb.

1933-cu ildə yaradılan Qubadlı, rayon mərkəzi və 93 kənd olmaqla, 94 yaşayış məntəqəsini özündə birləşdirib. İşğal ərəfəsində əhalisi 30 min nəfərə yaxın olub.

Torpaqların müdafiəsi zamanı 280-dən çox hərbçinin həlak olduğu bildirilir. Onların arasında 7 şəxs Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Rayon işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən üç ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında N saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi. Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Üstəlik, o, prezident səlahiyyətlərini icra edirdi. Polkovnik S.Hüseynov isə sonradan H.Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG