Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:54

'Azersky peyki' işğal edilən ərazilərdə monitorinq aparıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu gün, avqustun 9-da Azərbaycanın işğal edilən bəzi əraziləri ilə bağlı açıqlama yayıb.

Açıqlamada bu ilin iyun və iyul aylarında “Azərkosmos” ASC-nin “Azersky peyki” vasitəsilə monitorinq apardığı bildirilir.

Birgə məlumatda yazılıb ki, işğal altında olan Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib:

“Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun ( Dağlıq Qarabağla sərhəddə yerləşir-red) Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntıhasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, Azersky vasitəsilə aparılmış son monitorinqlər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və geniş miqyaslı yanğınların törədildiyi müşahidə edilib”.

Birgə açıqlamada vurğulandığına görə, təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb.

XİN və “Azərkosmos” ASC hesab edir ki, Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər... inzibati və hüquqi məsuliyyət daşıyırlar.”

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bu 7 rayon Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandır. Şuşa rayonu isə Dağlıq Qarabağda yerləşib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG