Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Qırğızıstanda parlament seçkiləri


Qırğızıstanda seçki
Qırğızıstanda seçki

Bir palatalı parlamentdə 90 yer uğrunda 21 partiya və yüzlərlə dairə namizədi mübarizə aparır

Noyabrın 28-də Mərkəzi Asiya ölkəsi olan Qırğızıstanda parlamaent seçkiləri keçirilir. Bu bir ildən bir qədər artıq müddətdə dördüncü seçkidir.

Parlament seçkilərinə bir neçə gün qalmış səlahiyyətlilər səsvermədən sonra dövlət çevrilişinə cəhd iddiası ilə 15 nəfəri həbs etdiklərini açıqlayıblar.

Beləki küçə etirazları son iyirmi ildə üç dəfə hökumətin devrilməsinə səbəb olub.

İndiki Qırğızıstan prezidenti Sadır Japarov ötən il keçirilən mübahisəli parlament seçkilərinin nəticələrinə etirazlar fonunda həbsdən buraxılıb. Elə həmin gün, 2020-ci il oktyabrın 6-sı axşam saatlarında “Dostuk” otelində parlamentin deputatları Sadır Japarovu ölkənin baş naziri vəzifəsinə təyinatını təsdiqləyiblər. Oktyabrın 15-dən prezident seçkilərinə qədər isə o, prezidentin səlahiyyətlərini icra edib. 2021-ci ilin yanvarında Japarov Qırğızıstanda keçirilən prezident seçkilərində iştirak edib. MSK onun 79,2% səs qazanmaqla qalib olduğunu elan edib.

Japarov prezidentliyə daha çox səlahiyyət vermək üçün konstitusiyaya dəyişiklik edən prezident seçkiləri və eyni vaxtda referendum təşkil edib. Tənqidçilərin fikrincə, burda məqsəd hakimiyyəti tam ələ keçirmək olub.

Bu seçki, ötən ilin oktyabrında keçirilmiş və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən iddia edilən kampaniya pozuntuları və ədalətsiz səsvermə praktikasına görə xaotik etirazlar fonunda tez ləğv edilmiş uğursuz parlament səsverməsinin təkrarıdır.

Bir palatalı parlamentdə 90 yer uğrunda 21 partiya və yüzlərlə dairə namizədi mübarizə aparır.

Məlumata görə, ölkə ərazisində 2435 səsvermə məntəqəsi fəaliyyət göstərir. Bundan başqa Qırğızıstan vətəndaşlarının 29 xarici ölkə üzrə səs verə biləcəyi 59 məntəqə təşkil edildiyi bildirilir. O da vurğulanır ki, həmin məntəqələrdən 20-si qırğız miqrant əməkçilərin ən çox çalışdığı Rusiyadadır .

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG