Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:44

Qırğızıstanda prezident səlahiyyəti Japarova keçib


Sooronbay Jeenbekov (solda) parlamentdən çıxır, 16 oktyabr, 2020-ci il

Parlament bugünkü iclasında beş gündür paytaxt Bişkekdə tətbiq olunmuş fövqəladə vəziyyəti ləğv edib

Qırğızıstan parlamenti prezident səlahiyyətinin yeni baş nazir seçilmiş Sadır Japarova keçdiyini təsdiqləyib.

4 oktyabr parlament seçkisinin nəticələri ölkədə etirazlara səbəb olub, seçkinin nəticələri ləğv edilib. Dünən – oktyabrın 15-də Sooranbay Jeenbekov prezidentlikdən istefa verib.

Parlament bugünkü iclasında beş gündür paytaxt Bişkekdə tətbiq olunmuş fövqəladə vəziyyəti ləğv edib.

Adam oğurluğuna görə həbs olunmuş Japarovu məhz etirazçılar həbsdən azad etmişdi.

Ölkə konstitusiyası prezidentin vəzifəsini parlament spikerinin icra etməsini nəzərdə tutur. Ancaq parlament sədri Kanatbek İsayev yeni seçkilər keçirilənədək prezidentlik vəzifəsinin icrasından imtina edib.

Japarov parlamentdə deyib ki, erkən prezident seçkisi gələn il yanvarın 10-dək keçirilə bilər. O həmçinin parlamentə düşmək üçün baryerin 7 faizdən 5-ə salınmasını təklif edib.

Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şaildabekova deyib ki, seçki ilkin olaraq yanvarın 17-nə planlaşdırılır.

Şərhlər

XS
SM
MD
LG